Bu bitki zehni yorğunluğu aradan qaldırır
4.3.2013

Kərəvəzin faydaları

Unutmamaq üçün kərəviz yeyin
Kərəvizin tərkibindəki maddaələr bir çox xəstəliklər üçün faydalı hesab olunur. Kərəviz həmçinin, əsəbi insanlara da yaxşı təsir edir. İnsanı sakitləşdirir və huzur bəxş edir. Zəhərli maddələrin bədəndən xaric olmasına kömək edir. Sinir sistemini möhkəmləndirir.

Bir çox xəstəliyi müalicə edir
Kərəvizi bir çox yeməklərə və salatlara qatmaq olur. Bunun nəticəsində xəstəlikləri müalicə etmək olar. Kərəvəz rütubətli yerlərdə yetişir. Mütəxəsisslər kərəvizi qış mövsümünün ən faydalı qidaları sırasına daxil edir. Lakin onu alarkən təzə olmasına fikir vermək laızmdır.

Kərəvəz həm də tərkibindəki sedanonik və qayakol kimi maddələrlə zehni yorğunlu aradan qaldırır. B vitamini və dəmir sayəsində unutqanlığa və yorğunluğa da yaxşı təsir edir. Yüksək təzyiq və revmatizm xəstəliklərinə də yaxşı təsir edir.

Publika.Az