Tərdən hazırlanmış antibiotikin xəstəxana superbakteriyasının və vərəmin ölümcül ştamlarının öhdəsindən gəlməsi realdır.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, insandakı DCD zülalı duzlu, azacıq turş tərdə fəallaşır. Bu, ona patogenlərin hüceyrə membranına keçməyə, nəticədə onları öldürməyə imkan verir. Onun molekulundan istifadə etməklə istənilən hüceyrələrə daxil olan səmərəli dərmanlar almaq olar.
Edinburq Universitetinin alimləri bildirmişlər ki, təbiətdə təxminən 1700 təbii antibiotik mövcuddur. Dərmanların patogenlərə təsirinin aradan qalxdığı bir şəraitdə onlar əsl xilaskara çevrilə bilərlər.
Tədqiqatlar DCD zülalının molekulyar quruluşunun qeyri-adi dərəcədə uzadılmış, keçirici, elastik olduğunu göstərmişdir. O, hüceyrə membranının müxtəlif tiplərinə uyğunlaşa bilir ki, bu da göbələklərin öhdəsindən gəlməyə imkan verir.
Birləşmə “Mycobacterium tuberculosis” və “Staphylococcus aureus” viruslarına qarşı səmərəlilik nümayiş etdirmişdir.
AzərTac