Azərbaycan Silahlı Qüvvələrində hərbi psixoloq ştatları yaradılır
4.3.2013

Azərbaycan Silahlı Qüvvələrində hərbi psixoloq ştatlarının yaradılmasına dair layihə hökumətə təqdim olunub.

Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edildikdən sonra orduda yeni – psixoloq ştatları yaradılacaq. İlk mərhələdə briqada və taborların psixoloqlarla komplektləşdirilməsi nəzərdə tutulur.

Başlanğıc etapda silahlı qüvvələrdən seçilmiş zabitlər xüsusi psixologiya kurslarında ixtisaslarını artırdıqdan sonra bu vəzifələrə təyin olunacaqlar. Eyni zamanda mülki sahədən bu ixtisas üzrə işə qəbul elan olunacaq. Sonrakı mərhələlərdə isə ali hərbi və mülki təhsil müəssisələrində hərbi psixoloq kadrların hazırlanması həyata keçiriləcək.

Silahlı Qüvvələrdə hesab edirlər ki, hərbi psixoloq ştatlarının yaradılması ordudakı neqativ halların, xüsusilə də intiharların sayının azalmasına təsir göstərəcək.

APA