Sabahdan etibarən Azərbaycan ərazisində hava şəraitinin dəyişiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi xəbərə əsasən, martın 5-dən 7-dək havanın temperaturu tədricən 5-8 dərəcə aşağı enəcək.
Martın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti, axşam 1 dərəcəyədək isti olacağı gözlənilir.
Martın 5-də bölgələrdə arabir yağıntılı olacağa, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtada 3 dərəcəyədək isti olacaq.
Martın 5-dən 7-dən Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişilməsi gözlənilir. Rütubətli və güclü küləkli hava şəraiti soyuq diskomfort hissi yaradacaq ki, bu da meteohəssəs insanlar üçün əlverişsizdir.
APA