Çamadanından çıxan hər kəsi şoka saldı
4.3.2013

Londonun Getvik hava limanında bir sərnişinin çamadanından 100 min qurudulmuş tırtıl çıxdı.

Hava limanının işçiləri Burkina-Fasodan olan sərnişinin çamadanından çıxan 100 min quru tırtılı müsadirə ediblər.

Daily Telegraph bildirir ki, təxminən 94 kq ağırlığında olan bu yükü yanında daşıma səbəbinə sərnişin maraqlı açıqlama verib: «Yeyəcəkdim». Bu, təbiidir, Afrikada qurudulmuş tırtıllar ən sevilən yeməklərdəndir.

Ancaq həmin tırtıllar İngiltərədə qida maddələri siyahısında olmadığından müsadirə edilib. İngiltərədə xəstəliklərin yayılmasının qarşısını almaq üçün bazara çıxarılan qida maddələri ciddi yoxlanışdan keçirilir.

Big.az