Bu ilin yanvarında Bakı metrosunda istifadəyə verilən qatarlar xətdən çıxarılıb. Həmin qatarlar artıq bir müddətdir ki, depoda saxlanılır.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva məlumat verib: “Sınaq müddətində bəzi çatışmazlıqlar üzə çıxdı. Bununla əlaqədar Moskvadakı zavoda məlumatlar da göndərilib. Bu qatarların işi üçün yüksək elektrik enerjisinə ehtiyac olur, bundan başqa relslər ağır olmalıdır. Bizim ekspertlərlə qatarları aldığımız zavodun işçiləri birlikdə işləyərək, hansı dəyişikliklərə ehtiyac olduğunu müəyyən edəcəklər”.
N.Tanrıverdiyeva onu da bildirdi ki, yalnız yeni stansiyalar istifadəyə verildikdən sonra qatarlardan istifadə olunacaq.
Onun sözlərinə görə, qatarların geri qaytarılması ilə bağlı problemlər yaşanmayacaq. Çünki əvvəllər istehsalçı zavodla qatarların tələblərə cavab vermədiyi təqdirdə, geri qaytarılması ilə əlaqədar razılığa gəlinib.
Publika.az