İdmançımız Avropa çempionu oldu
4.3.2013

Azərbaycanı təmsil edən atlet Hayle İbrahimov Avropa çempionu olub.

Atlet İsveçin paytaxtı Stokholmda örtülü meydanda baş tutan 3000 metr məsafəyə qaçışda birinci olub.

Atletimiz final qaçışında 7:49.74 nəticə göstərib.

Qaçışçımız məsafə boyunca Türkiyəni təmsil edən Polat Arıkanla gərgin mübarizə aparıb.

Sonda liderliyi ələ alan Hayle İbrahimov qızıl medalı təmin edib.

Big.az