Günün qoroskopu
5.3.2013

Qoç - Amalteya və Saturnun münasibətləri bu gün sizdən dürüst davranmağı tələb edir. Kimsəni aldatmayın, istifadə etməyə çalışmayın. Əks halda sizdən yararlanmağa, sizə təzyiq etməyə çalışacaqlar. Rəqib münasibətləri qarşılıqlı faydalı əlaqələr müstəvisinə yönləndirin.

Bəzi məqamlara fərqli baxış bucağından baxsanız, müəyyən məqamların indiyədək sandığınızdan da ciddi və mühüm olduğunu görəcəksiniz.
Zərurət olmadan risk etməyin. Şəraitdəki gərginlikdən belə, xeyrinizə istifdə edin.

Günün ikinci yarısında şəxsi münsibətlər ön plana çıxır. Münasibətlərdə qarışıqlıq və intriqa çoxdur. Sizə deyilənlərin hamısına qulaq asın, müşahidə edin, amma nəticə çıxarmağa tələsməyin. Emosiyaların təsiri altında olarkən heç nə vəd etməyin.

Buğa - Kallisto və Mimasın münasibətləri təkbaşına görüləcək işlərdə effektivlik vəd edir. Vurnuxma, tələskənlik və izafi emosiyalardan kənar durun.

Planlarınıza daxil olmayan işi gördürməyə çalışsalar, etiraz edin. Yaxın ətrafınızdakı insanların davranışlarındakı yeni məqamları sezməyə çalışın.
Ünsiyyətdən yorulsanız, işinizin çox olduğunu deyin və istismar olunmağınıza yol verməyin.

Axşam saatlarını evdə keçirmək daha məsləhətdir. Kiçik ev işləri ilə məşğul olun və ya divanda rahatlanaraq televizora baxın.
Yuxunuzdakı bir məqam çin olacaq.

Əkizlər - Oberon və Sinopenin münasibətləri səs-küylü gün vəd edir. Baş verənlərin səbəb və məğzini anlamaq, rasional batini aşkarlamaq asan deyil. Sizi şirnikdirməyə, yoldan çıxarmağa, vəd almağa çalışacaqlar.

Təkliflərə və vədlərə inanmayın. Günün ikinci yarısında səslənən təklifi kritik dəyərləndirin. Dərhal razılaşmayın, amma təklifi də əlüstü rədd etməyin.

Fiziki və ya emosional travma riski olan yerlərdə risk etməyin.

Xərçəng – Saturn və İonun münasibətləri işləri nəzarətdə saxlamağı, mikromühitdən hali olmağı tələb edir. Vaxtınızın əsas hissəsini keçirdiyiniz yerdə münasibətləri gərməyin.

Mübahisələrə qatılmayın, sərt və aqressiv açıqlamalar verməyin. Gerçəkdən də, mühüm işlərlə məşğul olun. İnsanların çox olduğu yerlərə yollanmayın.

Yolda ehtiyatlı olun. İmzaladığınız sənədləri diqqətlə yoxlayın. Faylları təmizləyin, köhnə yazışmanı pozun, arxivlərdə qayda yaradın.

Əsas məsələ daxili tarazlığın qorunmasıdır.

Alış-veriş zamanı pulun qədrini bilin. Bu gün kredit götürmək və ya borc almaq üçün əlverişli vaxt deyil. Verdiyiniz vədlərə əməl edin.

Şir - Himaliya və Tefeyanın münasibətləri bu gün işlərinizin rəvan gedişini təmin edəcək. Hiss və istəklərinizin izharında tam spontan davrana bilərsiniz. Təbii alınacaq, narahat olmayın. Eyni zamanda, əziyyət çəkmədən rolu oynamaq və məqsədə çatmaq imkanlarınız var.

İmkanlarınızı olduğundan artıq dəyərləndirməkdən, mühüm işdə səhv etməkdən qorxmayın. Maliyyə məsələlərində ehtiyatlı olun. Avanturalara qatılmayın, iri məbləğdə heç nə almayın və ya belə əməliyyatda iştirak etməyin.

Əhvalınızın pisləşməsi istisna deyil. Gün ərzində həddən artıq iş görməyə çalışmayın. Qəflətən yaranan imkanlardan yararlanın.

Qız - Serera və Eridanın münasibətləri bəzi mövzularda irəliləyiş, yaxud da şəffaflaşma vəd edir. Münasibətlər pozula bilər. Sınma, dəyişmə anı günün ikinci yarısına yaxın yaşanacaq. Səhər saatlarında həmin olayın təmayülləri və rəvacverici ünsürləri gözə dəyəcək.

Gərginliyin hiss olunduğu yerlərdə təmkinli davranın.
Sonradan iş və ya şəxsi münasibətlər müstəvilərində ümumi maraqlarınızın ola biləcəyi insanla tanış olacaqsınız. Hansısa yeni mövzuya başlamaq, ya da köhnəlmiş məsələni keçmişə yollamaq üçün əlverişli vaxtdır.

Çoxsaylı işlər arasında pərişan qalmayın, «qızıl orta»nı seçin. Qərar qəfil olsa da, narahat olmayın. Sizə bu gərəkdir.

Tərəzi - Yupiter və Merkurinin münasibətləri gördüyünüz işə maksimum diqqətlə yanaşmağınızı tələb edir. Yaxın ətrafınızdakı insanlara anladın ki, bu gün sizə mane olmaq məsləhət deyil.

Mühüm məlumat almağınız və ya faydalı ideyaların mənbəyi olmağınız istisna deyil.
İşgüzar tərəfdaşlıqda müsbət dəyişikliklər, problemlərin uğurlu həlli, suallara gözlənilən cavablar ola bilər.

Ciddi məsələnin müzakirə olunduğu toplantıda şərtlər sizə uyğun olar.
Həyatınıza köklü və sərt dəyişikliklər etməyin.

Hər şeyi indi tələsmədən görmək, xəbərləri dəyərləndirmək, olayları insanların reaksiyalarını gözləyərək dəyərləndirmək gərəkdir.

İntuisiyanız güclənəcək. Mühüm nəsnələr və hadisələrin mahiyyətini anlayın, dəyişiklikləri əvvəlcədən hiss edin.

Əqrəb - Mikemake və Marsın münasibətləri mühüm məsələlərdə diqqətli olmağı, strateji istiqamətlərin seçilməsini məsləhət görür. Böyük ümidləri doğrulda bilərsiniz, amma bunun üçün şəxsi maraqlar dairəsini məhdudlaşdırmalı olacaqsınız.

Aktual problemin həlli və ya cari işlərin görülməsi ilə bağlı faydalı ideyalar ola bilər.
Bilik və bacarıqlarınızı artırın, iş yerində nizam yaradın.

Karyeranız və perspektivləriniz barədə düşünmək üçün əlverişli gündür. Ancaq ən sərfəli təkliflər belə, vaxtından əvvəl səslənə bilər.
Axşam saatlarını evdə keçirməyin, maraqlı yerdə əylənin.

Oxatan - Amalteya və Veneranın münasibətləri bu gün alınacaq işarələrlə nişanələrə ciddi yanaşmağı tələb edir. Mühüm situasiyada yeni nüansları sezə bilərsiniz.

Həmin nüanslar davranış istiqamətini müəyyənləşdirmək, prioritetləri seçmək üçün vacibdir.
Özünüzü hamıdan üstün saymayın, başqasının hissləri ilə oynamayın.

İndi baş verənlər əvvəllər yaşanmış hadisələrdən birinin əks-sədası, ötənlərdən gələn bumeranqdır.

Müdrik olun, tələsməyin.
Faydalı ola biləcək məlumat arayın, çalışdığınız işi başa vurun.

Hadisələr və nəsnələrin ikili mahiyyətini görüb etiraf edin. İndi işlərin hamısı sizin üçün və sizə qarşı olmasa da, sayıq olun. Maraqlarınıza ciddi şəkildə toxuna biləcək ünsürü diqqətsiz qoymayın.

Oğlaq - Mars və Deymosun münasibətləri vurnuxmanı, tələskənliyi unutmağınızı məsləhət bilir. Kimə nə dediyinizi düşünün, hətta ədalətli olsa da, sərt tənqidə yol verməyin.

Yanlış dediyiniz söz sizə qarşı istifadə olunacaq. Gün ərzində əhvalınız dəyişəcək. Səhhətinizlə bağlı problem yarana bilər. Yaşam və ya iş məkanının heç olmasa bir hissəsində qayda yaradın. Gərəksiz əşya və hisslərin bəzilərindən qurtulmağa çalışın.

Günün ikinci yarısında yeni işə başlayın, amma istirahətə də lazımınca vaxt ayırın.
Faydalı vərdişlər və əlaqələri bərpa edin.
Axşam saatlarında açıq havada dolaşın, gəzintiyə çıxın.

Dolça - Saturn və Veneranın münasibətləri emosiyalarla zəngin gün vəd edir. Qrafikdən kənara çıxmayaraq planlaşdırılan bütün işləri yerinə yetirmək üçün səy göstərməli olacaqsınız.
Heç nəyi təxirə salmayın, sabaha saxlamayın. Əks təqdirdə yaxın günlərdəki gərginlik və stressi artıra bilərsiniz.

Əlavə işlərə başlamağa çalışmayın. İndi müxtəlif öhdəlikləri sıralamaq vaxtı deyil.

İzafi aşkarlığa aludə olmayın və sizə təsir etmək istəyən insanlara, intriqalarla münaqişələr yaratmaq istəyənlərə şans verməyin.

Faydalı işlə məşğul olan, inandığınız insanlarla ünsiyyətdə olun.

Yeni faydalı vərdişləri əxz edin, səhhətinizlə məşğul olun.
Qənaətcil olun, bədxərclik etməyin.

Balıqlar - Haron və Ayın münasibətləri günün dəyərləndirilməsində intuisiyanıza etibar etməyinizi istəyir.

Enerjinizi boş işlərə sərf etməyin, mümkün qədər çox faydalı iş görməyə çalışın. İmkanları əldən buraxmamaq üçün mühüm və məqsədyönlü iş görməli olacaqsınız. Poçt qutularınızı yoxlayın: gözlədiyiniz, gərəkli məlumat gələ bilər. İşdən savayı, ev qayğıları və şəxsi münasibətlər də diqqət, qayğı tələb edir

Axşam saatlarını ünsiyyətlə zənginləşdirin. Sevdiyiniz insanla söhbətlər də yeni təəsüratlar bəxş edə bilər.
Sensitiv davranışlı insanların yuxusu çin olacaq.

Milli.Az