Qoç - Son vaxtlar nümayiş etidirdiyiniz səylər mükafatlandırılacaq. Bu gün pul mükafatına, eləcə də, vəzifə artımına ümid etmək olar. Unutmayın, ətrafdakılar sizin uğurlarınıza etinasız deyillər. Təəssüf ki, bu gün paxılların sayı xeyirxahlarınızdan çox olacaq.
İşlərinizi yaxınlarınızla müzakirə edərkən tənqidlə, bəyənməmə ilə qarşılaşırsınız. Sizin əsl motiv və niyyətlərinizi çətin ki, kimsə anlaya. Əgər belə bir adam tapılsa, onunla yaxşı münasibət qurmağa çalışın. Çünki sözün həqiqi mənasında, etibarlı müttəfiqiniz məhz odur.
Buğa - Başladığınız işləri başa çatdırmağa tələsin. Bu gün vacib işlərin yekunlaşdırılması üçün ən münasib vaxtdır. Vaxtilə iş gördüyünüz adamların dəstəyinə arxalana bilərsiniz. Əvvəllər münasibətlərinizin necə olmasından asılı olmayaraq, indi sizin aranızda tam qarşılıqlı anlaşma hökm sürəcək.
Günün emosional fonu qeyri-stabilliyi ilə seçilir. Bəzi vaxtlarda ruh düşkünlüyünə yaxın olacaqsınız. Yaxınlarınızla ciddi fikir ayrılıqları mümkündür. Uzun müddət nizamlana bilməyəcək münaqişənin başlanacağı istisna olunmur.
Əkizlər - Ümidsiz gün deyil, hətta, hansısa uğurlara nail olmaq da mümkündür. Lakin ehtiyatlı olmalısınız. Səhvlərdən çəkinmək çox vacibdir. Çünki istənilən boşluğun arxasınca probelmlər sıralana bilər. İşgüzar münasibətlər asan getmir, fikir ayrılıqları mümkündür. Bu, sonda əməkdaşlığın tam dayandırılması ilə yox, birgə layihələr üzərində işin uzun müddət dayanması ilə nəticələnə bilər.
Bununla belə, emosional fon sabitdir. Əhval-ruhiyyəniz yüksək olacaq və ətrafdakılarla nikbinliyinizi bölüşəcəksiniz.
Xərçəng - Peşə sahəsində dəyişikliklər üçün pis gün deyil. Daxil olan bütün təklifləri nəzərdən keçirin. Onlar cazibədar da ola bilərlər. Rəhbərlik və sərmayədarlarla açıq söhbətlər faydalıdır. Vacib məlumatları partnyorlarınızdan gizlətməyə çalışmayın. Maliyyə vəziyyətiniz əlverişli olacaq.
Ətrafdakılarla yola getmək çətin deyil. Bürcün gənc nümayəndələrini romantik həyəcan gözləyir. Qalanlar isə ani simpatiya ilə kifayətlənməli olacaqlar.
Şir - Əlverişli gündür. Tez hərəkət etmək lazımdır. Çünki müsbət tendensiyaların təsiri çox uzun sürməyəcək. Təəssüf ki, bu günkü qələbələrinizin əksəriyyəti sabah şübhəli ola bilər. Detallara diqqət ayırın, imzalamağa hazırlaşdığınız sənədi mümkün olduğu qədər dərindən araşşdırın. İstənilən uyğunsuzluq əla bir planın iflası ilə nəticələnə bilər.
Sevgililər üçün əla gündür: münasibətlər harmonik, qarşılıqlı anlaşmadadır. Tənha şir-ləri maraqlı görüşlər gözləyir.
Qız - Günün hadisələri sizi rəqiblə qeyri-bərabər döyüşə sürükləyə bilər. Ulduzların dəstəyi cüzidir. Ona görə də yalnız öz gücünüzə və yerdəki müttəfiqlərinizə arxalanın. Bu müttəfiqlər zamanın sınağa çəkdiyi, sizin maraqlarınızı lazım gəldikdə öz maraqlarından üstün tutan şəxslər olmalıdır.
Günün emosional fonu birmənalı deyil. Ruh yüksəkliyini bəzi vaxtlarda ruh düşkünlüyü əvəzləyəcək. Özü də bədbəxtlikdən bu, o vaxt baş verəcək ki, sizi ürəkləndirən kimsə olmayacaq. Yaradıcılıqla müəyyən qədər təsəlli tapmaq olar. Çünki bu sahədə potensialınız yüksəkdir.
Tərəzi - Sizə ümidverici görünən birgə layihə maraqların toqquşması nəticəsində ümidləri doğrultmayacaq. Üstəlik, bədxahlarınız işlərinizə qarışırlar və mövqelərinizi qorumaq üçün səy göstərməli olursunuz. Rəhbərliklə problemlərdən qaçın. Əgər bu gün belə problem yaransa, o zaman yeni iş axtarmalı olacaqsınız.
Təəssüf ki, dostlar və qohumlarla yaxşı münasibətləri saxlamaq üçün səyləriniz əbəsdir. Əksinə, gərginlik artır. Lakin üst-üstə yığılan problemləri sakitcə müzakirə etmək imkanı olacaq. Ulduzlar bu çətin söhbəti təxirə salmağı məsləhət görmür.
Əqrəb - Uğurlu gündür. Lakin nəzərə çarpan nəticələr üçün zəhmət çəkmək lazımdır. Diqqət mərkəzində olacaqsınız. Ona görə də buraxacağınız səhv dərhal hiss olunacaq. Eyni zamanda, sizin işə can yandırmağınız və nailiyyətləriniz də görünəcək və mükafatlandırılacaq. Odur ki, qollarınızı çırmalayın. Əqrəb iş adamları yoxlamalara hazır olmalıdırlar.
Ailədə fikir ayrılıqları mümkündür. Bunlar ilk növbədə pul və mülk üstündə olacaq. Diskussiyaları konstruktiv məcrada aparmağa çalışın, yaxınlarınız da sizdən nümunə götürəcəklər.
Oxatan - Əldə etdiyiniz yüksəklikdə qalmaq, istədiyiniz qədər asan deyil. Üstəlik, ətrafda sizin yüksəkliyi əldən verməyinizi gözləyən adamlar çoxdur. Lakin bu vəziyyətlərdə döyüşkən xarakteriniz köməyinizə çata bilər. Yəni, uğur əldə etmək üçün şanslarınız var.
Bu gün əks cinsin nümayəndələri üçün xüsusilə cazibədar olacaqsınız. Yeni romantik münasibətlərin başlaması tam realdır. İntuisiyanıza güvənin. Doğru seçim etməkdə sizə məhz o yol göstərəcək.
Oğlaq - İşgüzar sahədə ciddi problemlər yarana bilər. Sizin səhviniz üzündən böyük ümidlər bəslədiyiniz əməkdaşlığın yarımçıq qalması istisna olunmur. Rəhbərliklə münaqişələr mümkündür. Bürcün bəzi nümayəndələri üçün fəaliyyət azadlığı çatışmazlığı hiss oluna bilər. Düşünmədən qərarlar qəbul etməyin. Yadda saxlayın ki, bu gün sizə gəldiyi qədər də pis deyil.
Ailədəki fikir ayrılıqlarını ciddi hesab etmək olmaz. Mübahisələr xırdalıqlar üzündən başlayır və tezliklə səngiyir. Baş verənlərə yümorla yanaşırsınız və bu, sizə sivri bucaqları hamarlamaqda yardım edir.
Dolça - Hədəflərinizə çatmaq o qədər də asan deyil. Çətinliklər və yolunuza çıxan qəfil əngəllər əsəbilik yaradır. Əngəlləri aşmaq üçün gücə eştiyacınız olacaq. Günün sonunda taqətdən düşdüyünüzü hiss edəcəksiniz. Əməkdaşlıqları məhsuldar adlandırmaq olmaz.
Səhvlər və anlaşılmazlıqlar üzündən kəsilmiş əlaqələri bərpa etmək şansı var. Həyat təcrübəsi sizə düzgün qərarlar qəbul etməkdə kömək edə bilər. Lakin ətrafdakılar heç də həmişə bu qərarları anlayışla qarşılamırlar.
Balıqlar - Tələsməyin. Bu gün ən arzuolunmaz şey tələskənlikdir. Hədəfə doğru yavaş-yavaş irəliləməklə və seçdiyiniz yoldan sapmamaqla istəyinizə nail ola bilərsiniz. Bədxahlarınız sizə mane ola bilməyəcəklər. Əsas odur ki, səhvə yol verməyəsiniz. Köhnə iş partnyorlarınızla əməkdaşlığın bərpası mümkündür. Onlar sizin köhnə ideyalarınızın dəyərini nəhayət ki anlayacaqlar.