Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, küləkli keçəcəyi, arabir yağıntılı keçəcəyi, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi xəbərə əsasən, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun anomal gedişi gözlənilir ki, gecə və gündüz 2-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxınlaşacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin gecə yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Martın 5-dən 7-dən Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişilməsi gözlənilir. Rütubətli və güclü küləkli hava şəraiti soyuq diskomfort hissi yaradacaq ki, bu da meteohəssəs insanlar üçün əlverişsizdir.
APA