Məktəblərə "8 mart" xəbərdarlığı - VİDEO
5.3.2013

Qarşıdan 8 Mart Qadınlar Gününün gəlməsi ilə məktəblərdə pul yığımı məsələsi də aktuallaşmağa, valideynlər şikayətlənməyə başlayıblar. Bayram gələn kimi valideynlər məktəblərdə müəllimlər üçün pulun yığılmasından şikayətlənirlər. 8 marta 5 gün qaldığı bir vaxtda biz də bir neçə məktəbə baş çəkdik.

190 saylı məktəbin direktoru Afət Bakıxanova deyir ki, məsələyə ciddi nəzarət edirlər. Afət Bakıxanovanın sözlərinə görə, əgər kimsə müəllimi bayram münasibətilə təbrik etmək istəyirsə, bu başqa məsələ, amma kütləvi pul yığılması qadağan edilib: “Bu gün səhər mən məktəbdə müəllimləri yığıb qəti şəkildə tapşırıq vermişəm. Elə valideynlər var ki, onların imkanı çatmır, amma məcbur olurlar!”.

Bakı şəhəri üzrə Baş Təhsil İdarəsi də 8 martda pul yığımı ilə bağlı məktəb direktorlarına xəbərdarlıq edib. Baş Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqizi bildirib ki, məktəblərdə tək bu məsələ deyil, ümumiyyətlə pul yığımı ilə əlaqədar göstərişlər verilib.

Təhsil idarəsi bildirir ki, əgər hansısa müəllim və ya məktəb barəsində 8 martla bağlı pul yığılması barədə şikayət daxil olarsa, idarə cəza tədbirləri həyata keçirəcək.

VİDEO

ANS TV