Dünyanın ən yaşlı qadını sayılan yapon Misao Okavanın bu gün 115 yaşı tamam oldu.
Osaka şəhərindəki qocalar evlərindən birində yaşayan Okava ad gününü suşi yeyərək qeyd edib.
"Əslində, bu qədər uzun yaşayacağımı gözləmirdim. Qocalar evindəki hər kəsə minnətdaram. Son illərimə görə sizə borcluyam", - Okava deyib.
1889-cu ilin martın 5-də doğulmuş Okava 1919-cu ildə ərə gedib, 3 övlad anası olub. Övladlarından ikisi indi 90 yaşını keçib.
Okava 102 yaşda olanda ayağını qırmağından savayı səhhətində indiyədək heç bir problemi olmayıb.
Dünyanın ən yaşlı kişisi kimi adı Ginnesin Rekordlar Kitabına düşən Jiroemon Kimuranın aprel ayında 116 yaşı tamam olacaq.
Yaponiyada hazırda yaşı 100-dən çox olan 51 mindən artıq şəxs var.
Milli.Az