Qoç - Lisiteya və Enseladın münasibətləri emosiyaların effektiv işə mane olmaması üçün zəruri balansın yaradılmasını tələb edir.
Uzun-uzadı mübahisələrə və diskussiyalara qatılmayın. Üzbəüz, sakit söhbətdə sizi maraqlandıran suala cavab tapa bilərsiniz.
Bu gün ciddi anlaşmaya və ya razılaşmaya nail ola bilməyəcəksiniz.
Müstəqil iş daha çox ləzzət verəcək.
Romantik münasibətlərdə etiketə riayət edin.
Buğa - Qanimed və Tefeya bir mövzu çərçivəsində uzun müddət qalmamağı tələb edir. Gedişatı və ya nəticəsi sizi narazı qoymuş işi yenidən görün, uğurlu sonuca nail olun.
Bu gün qarşınıza konkret məqsəd və hədəflər qoyaraq, praktiki işlərlə məşğul olun.
İşdə həmkarlarla qarşılıqlı təmasları gücləndirin. Ümumi məsələlərin həllində sizinlə birlikdə çalışan insanlara dəyər verin.
Özünüzə, maraq və mənafelərinizə xüsusi önəm verin.
Axşam saatlarında dostları evə qonaq çağırın. Amma lütfən, qonaqlar arasında təsadüfi insanlar olmasın.
Əkizlər - Lisiteya və Kallistonun münasibətləri ünsiyyət, yeni əlaqələr və təmasların qurulması üçün xoş gün vəd edir. Şəxsi münasibətlərdə açıqlama, etiraf, planların birgə müzakirəsi üçün əlverişli vaxtdır.
İstənilən işə yaradıcı yanaşın, eksperimentlər edin, başqasının təcrübəsindən və yeni biliklərdən yararlanın.
Səfər və ezamiyyətə yollanmaq olar. Ruh müvazinətini qorumaq üçün özünüzü gözəlliklə əhatə edin.
Diqqətinizi çəkən əşyanı satın ala bilərsiniz.
Xərçəng - İo və Enseladın münasibətləri yaşamınızdakı bəlli sahələrdə qayda yaradılmasını tələb edir. Günün ilk yarısında ünsiyyət çevrəsini mümkün qədər məhdudlaşdırın.
Baş verənlərə qədərindən artıq emosional reaksiya göstərməyin, səhhətinizi qoruyun.
Ailə üzvlərinizdən biri yeni xəbər və ya perspektivlə qarşılaşa bilər. Olayı müzakirə edin, yeni planları nəzərdən keçirin.
Xarici görünüşünüzə laqeyd qalmayın. Ciddi xərclər olmadan imici yaxşılaşdırın.
Alış-verişdə zərurətlə kifayətlənin.
Şir - Triton və Avropanın münasibətləri bu gün alınacaq xəbəri önəmli edir. Həmin xəbər rəqiblərin mövqelərini aydınlaşdıracaq, bugünkü hadisələrə ciddi təsir edəcək.
Həmkar və dostların təsiri də nəzərə çarpandır. Əsas məsələni, prioritetləri, görüləcək işin həcmini müəyyənləşdirin.
Zəifləmiş mövqelər, pisləşən münasibətlərlə bağlı problemləri aradan qaldırın.
Qısamüddətli işləri həll etmək üçün əlverişli vaxtdır. Səfər, ezamiyyət, müxtəlif instansiyalarda problemin müzakirəsi uğursuz olmayacaq. Mühüm dəyişikliklərlə tələsməyin.
Həyatı olduğu kimi qəbul edin, pərişan olmayın.
Xarici görkəminizə diqqət yetirin.
Qız - Tefeya və Himaliyanın münasibətləri problemləri tərəfdaşlar, dostlarla müzakirə etməyinizi istəyir. İşlərdəki ağırlığı onlarla paylaşın. Əvvəllər səslənməyən suallar və məsələlər indi gündəmə gələ bilər. Maddi və fiziki ehtiyatlarınızı çox tükəndirməyin.
Əsas istiqaməti seçərək ikinci dərəcəli məsələləri təxirə salın.
Soyuqqanlı və təmkinli davransanız, daha çox iş görə bilərsiniz. Məhsuldarlıq çalışdığınız şəraitdən asılıdır. Lazım olan nə varsa, əl altında qalsın. Yaxın ətrafdakı insanlarla təmaslar isə yalnız zərurət çərçivəsində olmalıdır.
Tərəzi - Neptun və Yerin münasibətləri yaxın həftələrdəki hadisələrin axarının məcrasını müəyyənləşdirir. İşdəki tapşırıq və göstərişlərə ciddi münasibət bəsləyin.
Hazırda aşkar olan məqamlara diqqət yetirin, dünən başladığınız işi bitirin.
Hissiyatınız sizə dərhal harasa yollanmağın, mühüm söhbətə başlamağın və ya zəng vurmağın vacib olduğunu deyirsə, dərhal planları dəyişin.
Hadisələrin ənənəvi məcrasını sizin təşəbbüsünüz olmadan da nə isə dəyişə bilər.
Alış-verişdə kiçik nəsnələr sizə ləzzət verə bilər.
Əqrəb - Makemake və Eridanın münasibətləri qəfil hadisələr ucbatından gərgin gün vəd edir. İrəliyə, gələcəyə baxın. Yarımçıq qalan işləri başa vurun, borcları qaytarın. Vaxt tapıb bitirə bilmədiyiniz işləri sonuclandırın.
Günün olaylarındakı qəribə yerdəyişmələr özünüzü aldatmamağı tələb edir. Fikirlər və təhlil üçün çox vaxt var.
Səhv buraxmayın və yanlışlıq olsa belə, onu tezliklə aradan qaldırmağa çalışın.
Gözləntilər, ehtimallar doğrula bilər. Hissiyatınıza güvənin.
Oxatan - Ay və Haronun münasibətləri günü sakit keçirməyinizi tələb edir. Ciddi işə təşəbbüs etməyin, günün cari məsələlərini çözün.
Aktivlik bir qədər pozitiv səciyyəli olmalıdır. Münasibətlərdə yeni nüanslar yarana bilər.
Günü sakit keçirin.
Gördüyünüz işlər, anladığınız məqamlar etdiyiniz söhbətlər estetik məzmunlu olsun.
Gözəl, keyfiyyətli və rahat nəsnələrə ehtiyac yarana bilər.
Münasibətlərdə ayinlər, hədiyyələr və səxavətli jestlərin önəmi artır. Diqqətli olun, amma ifrat aşkar olmayın.
Sevdiyiniz işlə məşğul olmaq üçün əlverişli vaxtdır.
Oğlaq - Mars və Saturnun münasibətləri danışıqlarla göstərişlərdə məntiq və sağlam düşüncənin olmasını tələb edir.
Qarışıqlıq, ziddiyyət və birmənalı olmayan açıqlamalar zamanında praktiki, dayanıqlı mövqe tutun. Anlaşma, razılaşma və ya müqavilənin şərtlərini, işdə isə təlimatları pozmayın.
İşin effektivliyi rəvan olmaya bilər. Qüvvə və yaşam tonusunuzu artırmaq üçün ələ düşən imkanlardan yararlanın. Yorulduğunuzu hiss edən kimi dincəlin.
Emosional, düşünülməmiş addım atmayın. Həyat müvazinətinizi poza biləcək sirləri faş etməyin. Təsadüfi olmayan təsadüflər silsiləsindən görüş və hadisələr yaşana bilər.
Yaşam sizi seçim qarşısında qoyarsa, praqmatik davranın. Emosional təzyiqlərə uymayın.
Dolça - Pluton və Veneranın münasibətləri yarımçıq qalmış işlərin başa vurulmasını tələb edir. Hadisələri bacardığınız qədər tələsdirin, olaylara təkan verin.
İşlərdə fəal və sürətli olsanız, uğur qazana bilərsiniz. Hissiyatınız isə sizi maraq və gözləntilərinizi təmin edə biləcək yerə aparacaq.
Günün ikinci yarısında alış-veriş edə bilərsiniz.
Evdəki problemlərə diqqət yetirin. Yaxınlarınızla münasibətləri daha səmimi etmək, problemi olana yardım etmək vaxtıdır. Çoxdan bəri görmədiyiniz adamdan xəbər gələcək.
Varlığınızı kiməsə xatırlatmaq üçün imkan əldə edəcəksiniz.
Balıqlar - Uran və Saturnun münasibətləri bu gün sizdən hadisələri tələsdirməməyi istəyir. Olayların spontan inkişafına mane olmayın, amma cavab reaksiyanı da gecikdirməyin.
Bundan sonrakı fəaliyyətin istiqaməti indi korrektə olunur.
Yeni məlumat, suallara cavablar peyda ola bilər.
Nüfuzlu şəxs və ya şəxslərdən dəstək almaq pis olmazdı. Bunun üçün işlərinizi elə planlaşdırın ki, faydalı əlaqələr və təmaslar qurmağa vaxt qalsın.
Axşam saatlarında sakit məşğuliyyət tapın, bir qədər dincəlin.
Doyunca yeyə bilərsiniz.
Milli.Az