“Ulduzlar Liqasını qarşılayın” ilin ən yaxşı reklam çarxı seçilmişdir - VİDEO
6.3.2013

Azərbaycanın ilk mobil operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti tərəfindən hazırlanan reklam çarxı “Mak.az online” marketinq jurnalı tərəfindən keçirilən və artıq ənənəyə çevrilmiş “İlin ən yaxşı TV reklam çarxı” müsabiqəsinin qalibi seçilmişdir.
“Mançester Yunayted” futbol klubu ilə tərəfdaşlıq çərçivəsində yaranan “Ulduzlar liqasını qarşılayın” reklam çarxı jurnalın ekspertlər qrupu tərəfindən və onlayn səsvermənin nəticələri ilə qalib olmuşdur.
Qeyd etmək lazımdır ki, dünyaca ünlü “Mançester Yunayted” futbol komandası ilə tərəfdaşlıq müqaviləsini imzalayan “Bakcell” şirkəti məşhur futbolçuları öz reklam çarxlarında çəkməklə Azərbaycan reklam bazarında daha bir yeniliyə imza atmışlar.
Reklam çarxında çəkilən “Mançester Yunayted”in ulduz futbolçuları Rio Ferdinand, Rayan Giggs, Patris Evra və digərləri “Bakcell”in müştəri xidmətləri əməkdaşları kimi çıxış etməklə, həm öz azarkeşləri, həm də “Bakcell” abunəçiləri qarşısında yeni simada çıxış etmişlər.
Kreativlik və istehsalat keyfiyyəti baxımından yüksək səviyyədə işlənən reklam çarxı düzgün planlaşdırılmış və çox effektiv tizer mərhələsinin də hesabına cəmiyyətdə böyük rezonansa səbəb olmuşdur.
Qeyd edək ki, artıq beşinci ildir ki, təşkil olunan və Azərbaycanda ən yaxşı televiziya reklamını müəyyən etmək məqsədi güdən bu layihənin keçən ilki qalibi də “Sür@ hədlərini aşaraq” adlı reklam çarxı ilə məhz “Bakcell” şirkəti olmuşdur.

Azərtac