Hər kəsin qida məhsulu kimi tanıdığı qatığın faydalı xüsusiyyətləri çoxdur. O, ilk növbədə həzmi asanlaşdırır, dişdə daşların əmələ gəlməsinin qarşısını alır.
Qatıq həm də vərəm xəstəliyinə qarşı təbii antibiotikdir, orqanizmi xərçəng, mədə-bağırsaq xəstəliklərindən qoruyur, eyni zamanda, dəriyə parlaqlıq verir.
Vyana alimlərinin araşdırmalarına görə, gün ərzində 3-4 boşqab qatıq yemək immunitet üçün əvəzsiz rol oynayır.
Türkiyə alimlərinin araşdırmalarına görə isə qatıq yemək insanı radiasiyadan qoruyur. Mütəxəssislər mobil telefon, kompyuter, televizor və s. radiasiya yayan cihazlardan gün ərzində çox istifadə edənlərin hər gün iki stəkan qatıq yemələrini məsləhət görürlər.
Alimlərin fikrincə, qatığın bədəndə olan zərərli maddələrin ifraz edilməsində əhəmiyyətli rolu vardır. Qatıq yalnız radiasiyadan qorumaq üçün deyil, həm də radiasiyaya məruz qaldıqdan sonra hüceyrə və toxumaların bərpası üçün də çox faydalıdır.
Azərtac