Novruz Bayramı ərəfəsində Bakı şəhərində 4 gün ərzində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov deyib.
Nazir bildirib ki, ənənəvi olaraq paytaxtda Novruz Bayramı ərəfəsində keçirilən kənd təsərrüfatı yarmarkaları martın 16-19-da təşkil olunacaq: «Nazirlik indiyədək məlum yarmarkaları bütün bayram günlərində keçirib. Çalışacağıq ki, bayram süfrəsi üçün daha önəmli olan məhsulların satışını həyata keçirək. Bununla yanaşı, digər məhsulların da satışını təşkil olunacaq».
Nazir İ.Abasov əhalini həmin yarmarkalardan istifadə etməyə dəvət edib.
APA