«AzQtel» internet şirkəti («Sazz 4G» ticarət nişanı) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün xüsusi hədiyyə kampaniyası elan edib.
Şirkətdən verilən məlumata görə, kampaniyada iştirak edən bütün xanımlara «Sazz İnternet»ə bağlanmaq üçün tələb olunan USB modemi hədiyyə ediləcək. Bunun üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq 2 aylıq abunə haqqını (50 AZN) ödəmək kifayətdir.
Bayram kampaniyası yalnız yeni müştərilər üçündür və 7-10 mart tarixlərində keçiriləcək. Hədiyyə kampaniyasından faydalanmaq istəyən bütün xanımlar «Sazz İnternet»in baş ofisinə (Süleyman Rüstəm küçəsi,9) və istənilən «Sazz 4G» satış məntəqəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini təqdim etməlidir.