Etna vulkanı oyandı
6.3.2013

Avropanın yeganə fəal vulkanı olan Etna yenidən püskürməyə başlayıb. Siciliya adasında yerləşən vulkan havaya kül və lava püskürür.

Etnanın fəallığı 2900 metr hündürlükdə olan yeni kraterdə müşahidə edilir.

Püskürən vulkanın yaxınlığında Kataniya hava limanı yerləşir. Kül püskürməsinin hələ ki hava limanının işinə təsir etmədiyi bildirilir.

ANS PRESS