Amerikalı dietoloq ən ziyanlı və təhlükəli qidaların adlarını açıqlayıb. Siyahının birinci pilləsində dəmir bankalarda konservləşdirilmiş pomidor gəlir. Belə ki, pomidor turşusu metalla əlaqədə olur ki, bu da ziyanlı maddə olan bisfenolun yaranması riskini artırır.
İkinci yerdə emal olunmuş ət məhsullarıdır. Onların tərkibində nitratlar və başqa zərərli maddələr var. Ən zərərli qidalar sırasında marqarin də yer alır. Onun tərkibindəki maddələr ürək damar xəstəliklərinə səbəb ola bilər. Daha sonrakı yerlərdə rafinə olunmuş bitki yağı qərarlaşıb.
Ziyanlı qidaların siyahısına partladılmış qarğıdalı, duz, soya məhsulları, süni dadlandırıcı məhsullar da özlərinə yer edə biliblər.
ANS PRESS