Günün qoroskopu
7.3.2013

Qoç - Tefeya və Haronun münasibətləri yaxın günlərlə bağlı mövqelərinizin təhlilini tələb edir.
Soyuqqanlı və təmkinli davranın, emosiyalara uymayın, mümkün variantları araşdırın. Nəyinsə baş verəcəyini düşündüyünüz situasiyalarda diqqətli olun.
Daxili gərginlik, iddia və tələb səviyyəsini aşağı salın.

Bu gün yaşanacaq hadisələr sınaqdır. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.
Səhhətinizə fikir verin, axşam saatlarında gəzintiyə çıxın.
İmkanlarınızda və maliyyənizdə məhdudiyyətlər ola bilər.

Yaxşı çalışın, şansları əldən verməyin və daha çox pul qazanın.
Zülmə boyun əyməyin, sizin haqlarınızı tapdalayanın qarşısından geri çəkilməyin.

Buğa - Merkuri və Titanın münasibətləri məhsuldar, sərfəli gün vəd edir. Anlaşmalar, müqavilələrlə bağlı həllər əldə oluna bilər. Zidd maraqların toqquşduğu münaqişəni çözmək imkanı var.

Günün situasiyalarının aşkarladığından fərqli olaraq, problemlərin həlli daha dərindədir. Cari işlərlə effektiv olmayan təmaslardan kənarlaşın. Yaşanan olaylarla bağlı sürətli və dəqiq qərarlar qəbul etmək üçün situasiyaya nəzarət edin.

Günün ikinci yarısında emosiyalarınız gərilə bilər. Əks cins mənsubu ilə münasibətlərdə ehtiyatlı olun, çünki qarşı tərəf öz mövqeyini absolyut həqiqət sayır.

Yalnız peşəkar ortamda mübahisə etmək olar. İnformasiya aramaq, çətin məsələnin həllini aramaq, rəqiblə "əqli duel" uğurlu sonuclar vəd edir.
Tərəfdaş və şəriklərinizin aktivliyindən bəhrələnin.
Potensial gəliri əldən verməyin.

Əkizlər - Leda və Elaranın münasibətləri yeni layihələrə vaxt sərfini məqsədəuyğun bilmir.
Sifarişlər etməyin, alış-verişdə iri məbləğdə pul xərcləməyin, şəxsən sizin üçün nou-hau olan ideyaları sınaqdan keçirməyə çalışmayın.

Cari işlər və qayğılar çərçivəsində qalın. Bununla belə, rutinlikdən qurtulmağın, varlanmağın, avam və mənəviyyatsız saydığınız pullu tanışlarınızdan daha yaxşı yaşamağın yollarını arayın, potensialınızı, inkişafınızın yollarını təhlil edin.

Nə qədər ki gec deyil, güc və imkanların, pul və səylərin məhsuldar, məntiqsiz istiqamətdə axınının qarşısını ala bilərsiniz.

Başqalarının təcrübəsindən, habelə rəqiblərin əməllərindən yararlanın.
Yaxın gələcəkdə reallaşdırmağı arzuladığınız məqsədi düşünün.

Cari fəaliyyətlə narazılıq və tənqidiniz nə qədər artarsa, işinizi başqa istiqamətə yönləndirəcəyiniz gün o qədər sürətlə yaxınlaşır. Tələsməyin, ideyanızın təkmilləşəcəyi anı gözləyin.
Əsas odur ki, yeniliklərin vaxtı çatdığınızı anlayırsınız.

Xərçəng - İo və Enseladın münasibətləri təmkinli davranmağınızı istəyir. İşlərin əksəriyyəti plana uyğun sürət və istiqamətdə gedəcək.

Daxili gərginlik səhhətə pis təsir edə bilər. Emosiyaları gərməyin, əks təqdirdə orqanizmdəki xroniki proseslər aktivləşəcək, travmatizm riski artacaq.

Günün ikinci yarısında bir qədər dincəlin, ciddi məsuliyyət və konkret müdaxilələr tələb etməyən bəzi işləri təxirə salın.
İşlər və münasibətlərdə mühüm dönüşə aparan spontan vəziyyətlər yarana bilər.

Sözün əsl mənasında, formada olmağa çalışın.
Baş verənləri müşahidə edin, məlumat toplayın, nəticə çıxarın, heç nəyi gərginləşdirməyin.

Sizi hədəfə çatdıra biləcək mövzuda təkmilləşin.
Axşam saatlarında bir qədər dincəlin.

Şir - Mimas və Tritonun münasibətləri aktivlik, cari məsələlərin həllində maksimum qətiyyət və inadı tələb edir.

Mövqeləriniz açıq, məqsədləriniz humanist olsun.
Sizinlə bir işi görən insanların bəzilərinin müqaviməti ilə qarşılaşsanız belə, ruhdan düşməyin.
Yaşamın dəyişməsini istəyirsinizsə, təşəbbüskar olun.

Ev işləri arasında ən ağırını görməyə başlayın.
Özünüzü vadar və məcbur etməyin, işi düşünərək görün.
Yaxın adamlarınızdan sizə yardım etmələrini istəyin.

Sevdiyiniz insana təzyiq göstərməyin. Gün emosional baxımından stabil olmadığından vəziyyəti gərginləşdirməyə dəyməz.
Münasibətlərdə eksperimentlər və təcrübələr aparmayın, ənənəvi davranış çərçivəsindən kənara çıxmayın.

Qız - Kallisto və Umbrielin münasibətləri ən yaxın tərəfdaşlarınızla münasibətlərinizdə fərqli baxışlara rəvac verəcək. Əmlaka birgə və ya şərikli sahiblik, habelə vəsaitin bölüşdürülmə məsələlərində gərginlik yaranacaq.

Güzəştə getmək istəmirsinizsə, öz işinizlə məşğul olun. Söhbət və planlaşdırmanı daha əlverişli vaxta saxlayın.
Kimsə sizə mane olmağa çalışırsa, situasiyanı münaqişəsiz, davasız həll etməyə can atın.
Bədbin hisslərə qapılmayın. Kurs dəyişikliyi mümkündr. Köhnə təmasları bərpa edin, yeni işlərlə maraqlanın.

Bəzi vərdişləri təzələyin, çünki onlar sizi gərəkli məlumatla təmin edə bilər.

Tərəzi - Qanimed və Lisiteyanın münasibətləri bugünkü ünsiyyəti asan etməyəcək. Bir qədər tək qalın, yığılıb qalmış işləri görün, həll olunası problemləri aradan qaldırın.

Köhnə əşya və hisslərdən, yaşanmış emosiyalardan qurtulun. Gərəksiz və mənasız əlaqələri dayandırın. Amma yenidən parlayaraq fərqli məna, məzmun daşıya biləcək hisslərin aktuallaşmağa ehtiyacı var.

Borcları qaytarmaq, vədləri yerinə yetirməkdə fayda var.
Yardım gözləyənə kömək edin və əhvalınızı yaxşılaşdırın.
Şəxsi münasibətlərdə nə istədiyinizi müəyyənləşdirin. Arzularınızı reallaşdırıla biləcək formaya salın.

Səhhətinizə fikir verin. Tonus və gözəl xarici görünüşə nail olmağınıza yardım edəcək təmrinləri xatırlayın.
Mühüm və gərəkli nəsnəyə yeni anlayışla dönüş üçün əlverişli vaxtdır.

Əqrəb - Amalteya və Deymosun münasibətləri istiqamət dəyişdirməyi, seçim etməyi, müəyyənliyin bəlirlənməsini tələb edir.

Yaranmış şərtləri diqqətlə nəzərdən keçirməyincə heç nəyə başlamayın. Köhnə münaqişənin çözülməsi prosesində hansısa problem həllini tapa bilər.
Emosional gərginlik son həddə çatıb. Sizi düşünülməmiş addımdan saxlaya biləcək amillər güclü maraq və ya istəyin qarşısında dağıla bilər.

Ötənlərdəki maraq və ya məşğuliyyətə qayıdaraq daxili aləminizi alt-üst edə bilər.
Bu gün faydalı, yerində ola biləcək imkanlara diqqət yetirin.

Özünüzü yaxşı hiss etmək üçün axşam saatlarında bir qədər gəzintiyə çıxın.
Təmiz havada dolaşmaq əhvalınızı yaxşılaşdırar.

Oxatan - Avropa və Fobosun münasibətləri mühüm işi yada salmağınızı istəyir. Ötənlərdə yarımçıq qoyduğunuz işi başa vurun, real əməllərə sahib olun.

Təxirə salınmış ailə planlarınızla bağlı fikrə-xəyala qərq ola bilərsiniz. Məişət problemlərinin qaydaya salınması vacib məsələdir.
Yeniliklərlə bağlı tələskənliyə yol verməyin, hazırda məşğul olduğunuz işin keyfiyyətini artırın.
Nəyisə təsir etmək, qaydaya salmaq, unudulmuş vədləri yada salmaq və imkanlardan bəhrələnmək vaxtıdır.

Gərginlik müşahidə olunan situasiyada ehtiyatlı olun.
Yaxın ətrafınızdakı insanların köməyə ehtiyacı var.
Önəm verdiyiniz insanların intellektual söhbətlərdən daha çox qayğıya ehtiyacı var.

Oğlaq - Yer və Ayın münasibətləri təmaslarla təşəbbüs göstərməyinizi istəyir. Yaxşı düşünülmüş, möhkəm təməlli iş görün. Özünüzü iş üçün rahat şəraitlə təmin edin, vurnuxma və münaqişəyə cəlb olunmağınıza imkan verməyin.

Yeni eksperimentlərə qatılmayın.
Stabilliyinizə təhdid yaradan çətin situasiyalarda inadkar, amma təmkinli davranın. Başqalarının geri çəkiləcəyi yerdə irəliləyin.

Şəxsi münasibətlər üçün çətin gündür. Mahiyyəti və məzmunu olmayan söhbətlərə qatılmayın. Amma çətin vəziyyətə düşmüş tərəfdaşınıza yardım edin.
Heç nəyi mürəkkəbləşdirməyin.

Dolça- Saturn və Plutonun münasibətləri dəyişikliklər, fəaliyyət obyektinin rekonstruksiyasını tələb edir.
Münasibətlərdəki yeniliklər perspektivlərinizə müsbət təsir göstərə bilər.
Faydalı əməkdaşlıq, əvvəllər həyata keçirilmiş layihə və ya görülmüş iş, yerinə yetirilmiş sifarişdən pul gələcək.

Hədiyyələr, gəlir və mənfəət var.
Səhvlər aşkarlanacaq, dürüst addımların məntiqi zənciri yaranacaq, məhsuldar əməkdaşlıq üçün yeni imkanlar formalaşacaq.

Əvvəlki layihələrin təkmilləşdirlməsi, alınan sifarişin dəqiqləşdirilməsi vaxtıdır.
Yeni şərtlərlə bərpa olunmuş əlaqələr bir müddət sonra yeni layihə, iş, sifariş və ya uğura çevrilə bilər.

Balıqlar - Venera və Marsın münasibətləri sizi narahat edən seçimlə bağlı sərt, konkret addımlar atmamağınızı istəyir. Neytral işlə məşğul olun.

Emosional problemin həlli gözlənilmədən, spontan şəkildə tapıla bilər. Bilik və bacarıqlarınız münbit zəmin tapacaq, yaşamınızda yeni hədəf peyda olacaq. İdeyalarınızı təqdim etməyə tələsməyin. Həmin ideyalar hələ "bişməli"dir.

Şəxsi münasibətlərdə ciddi söhbət və müəyyənlik vaxtı çatıb. Amma indi mühüm məlumata malik olduğunuzu, nə etmək gərəkdiyini bildiyinizi düşündüyünüzdən təsirə, təzyiqə əl atmayın. Bütün bunlar, gerçəkdən də, faydalı nəticənin əldə edilməsinə maneələr yarada bilər.

Yaxın ətrafınızdakı insanlara yardım edin. Belədə istənilən təmaslarda uğurun ən azı yarısını xüsusi səy göstərmədən əldə edəcəksiniz.

Milli.Az