Pişiklər gözəllik müsabiqəsinə qatıldılar!
7.3.2013

Mart pişikləri soyuq havaya baxmayaraq, Moskvada təşkil olunan Beynəlxalq Pişik Sərgisində öz gözəlliklərini nümayiş etdiriblər.

“Krokus” Ekspo Sərgi Salonunda Dünya Pişik Günü münasibətilə keçirilən Beynəlxalq Catsburg Pişik Sərgisinə 15 ölkədən 30 müxtəlif növə aid 1000-dən çox pişik gəlib.

Pişiklərin müxtəlif kateqoriyalara aid olması səbəbindən çoxsaylı jüri üzvlərindən ibarət sərgidə xüsusilə Siam, Benqal, Sibir və Amerika növlərindən ibarət olan pişiklər heyvansevərlərin marağına səbəb olub.

Pişik sahibi olmaq istəyən bəzi qonaqlar pişiklərin qiymətləri ilə maraqlanıblar, digərləri isə sadəcə bu gözəl varlıqların fotolarını çəkməklə kifayətlənirlər.

Elə pişiklər də kameralara poza verməkdən imtina etməyiblər.

gun.az