Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Oğuz rayonuna səfəri
çərçivəsində Qəhrəmanlar parkının açılışında iştirak edib. Dövlət
başçısı parkda ucaldılmış abidənin önünə gül dəstəsi qoyub.
Məlumat verilib ki, tikintisinə 2011-ci ilin iyulunda başlanılan
Qəhrəmanlar parkı 8,4 min kvadratmetr ərazini əhatə edir. Burada
sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.