Azərbaycan prezidenti Oğuzda Qəhrəmanlar parkının açılışında iştirak edib
17.11.2011

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Oğuz rayonuna səfəri çərçivəsində Qəhrəmanlar parkının açılışında iştirak edib. Dövlət başçısı parkda ucaldılmış abidənin önünə gül dəstəsi qoyub.
Məlumat verilib ki, tikintisinə 2011-ci ilin iyulunda başlanılan Qəhrəmanlar parkı 8,4 min kvadratmetr ərazini əhatə edir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.