Dekabrın 10-da tam ay tutulması baş verəcək. Bu təbiət hadisəsi saat
18.31 dəqiqədə baş verəcək. Həmin vaxt Yer Ayla Günəşin arasında olacaq
və Yerdən keçən kölgə Ayın üzərinə düşəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı
Astrofizika Rəsədxanasınınm direktoru Əyyub deyib ki, Ay tutulması
adətən ildə iki-üç dəfə müşahidə olunur: “Bu, çox maraqlı təbiət
hadisəsidir. Tam Ay tutulması Azərbaycandan da aydın müşahidə ediləcək”.
Rəsədxana direktoru tam ay tutulmasının insanların sağlamlığıa və əhval-ruhiyyəsinə heç bir təsir göstərmədiyini də deyib.
Apa