"Google" daha bir yeniliyini təqdim etdi. Bu "danışan idman ayaqqabısıdır". "Talking Shoe" tənbəllər üçün nəzrdə tutulub və sahibini idmanla məşğul olmağa sövq edir. Yenilik "Adidas"la birlikdə hazırlanıb. Bu ağıllı ayaqqabı insanı idmanla daha çox məşğul olmağa, boş-boşuna daha az uzanmağa motivasiya edir.
Ayaqqabı sahibini danlayır və onu passiv həyat tərzinə görə, tənbəl adlandırır.
"Talking Shoe"də addımölçən quraşdırılıb. O, sahibi ilə dinamiklər sayəsində əlaqə saxlayır, hətta ona əmr də verir. Bundan əlavə onu bluetooth-la smartfona da qoşmaq olar.
Təssüf ki, şirkət bu ayaqqabının geniş istehsalını planlaşdırmır. "Bizim məqsədimiz - gəncləri öz modellərini yaratmağa həvəsləndirməkdir. Bunun üçün biz saytımızda işləmin detallarını yerləşdirəcəyik. İstəyən şəxs özü öz "ağıllı ayaqqabısını" yarada bilər".
VİDEO
ANS PRESS