London 2014 cü ildə dünyada ilk dəfə keçiriləcək “Formula E”-elektrikli maşınlar çempionatına ev sahibliyi edəcəkdir.
Çempionata ev sahibliyi edəcək bu günədək seçilmiş 8 şəhər arasında Roma, Mayami, Pekin və Rio de Janeyro da vardır.
Çempionatın icraçı direktoru Alejandro Agag açıqlamasında keçiriləcək yarışla əlaqədar olaraq Londonun küçələrində texniki və dizayn işlərinin aparıldığını bildirmişdir.
Londonun meri Boris Conson isə elektrikli maşınlar yarışının möhtəşəm bir layihə olduğunu və Britaniya paytaxtının “Formula E”nin “həyata vəsiqə” almasından və burada iştirakından böyük məmnunluq hissi keçirdiyini vurğulamışdır.
Ümumilikdə, ilk çempionata dünaynın müxtəlif bölgələrindən 10 şəhər ev sahibliyi edəcəkdir. Yekun razılaşmalar iyul ayında başa çatacaqdır. Yarışlarda yalnız elektrik enerjisi ilə çalışan maşınlar iştirak edəcəkdir.
AzərTac