Yaponiyada “Fukusima-1” AES-də dezaktivasiya işləri aparmaq üçün xüsusi robot düzəldilmişdir
11.3.2013

Yaponiyanın böyük elektrik avadanlığı istehsal edən şirkətlərindən biri tərəfindən qəzalı “Fukusim-1” Atom Elektrik Stansiyasının nüvə reaktorlarının yerləşdiyi otaqların daxilində radioaktiv maddələri təmizləmək üçün xüsusi robot hazırlanmışdır.
Məsafədən idarə edilən bu bir metr hündürlüyündə robot hökumətin ayırdığı dotasiya hesabına Hitashi qrupu tərəfindən düzəldilmişdir.
Həmin robot divarlardakı və döşəmədəki radioaktiv maddələri əl vasitəsilə güclü təzyiq altında ötürülən su ilə yuyacaqdır ki, bu da su xətti ilə gələn sudan qat-qat güclü təzyiqə malik olacaqdır. Yuyulmuş maddələr sonrakı dezaktivasiya üçün robotun əlinin sonundakı sorucu vasitəsilə lazımi yerə ötürüləcəkdir.

AzərTac