İsveçli şahzadə Lilian 97 yaşında Stokholmda vəfat edib. Lilian təkcə şahzadə olması ilə deyil həm də şahzadə Bertillə müasir dövrün ən romantik və ən kədərli sevgisini yaşadığı üçün də məşhur idi. Lilian Britaniyalı aktyor Ayvan Kreyqlə evli olub. 1943-cü ildə isə Londonda şahzadə Bertillə tanış olub. Amma İsveçdə belə bir qanun olub ki, heç bir şahzadə boşanmış qadınla evlənə bilməz. Buna görə də onlar uzun müddət münasibətlərini gizlədiblər. Yalnız 30 il sonra onlar evlənə biliblər. Onların toyu 1976-cı ildə baş tutub. Həmin vaxt gəlinin 61, bəyin 64 yaşı olub. Şahzadə 80 yaşında verdiyi müsahibəsində demişdi ki, əgər bütün həyatımın özətini çıxarası olsam orada ancaq sevgi olar.
publika.az