8 yaşlı Sanel Masilela adlı oğlan 61 yaşlı 5 uşaq anası Helen Şabanqu ile evləndirilib.
Evlilik oğlanın vəfat edən babasının son vəsiyyətini yerinə yetirmək məqsədilə baş tutub.
Toyda gəlinin əri və 5 uşağı da iştirak edib. Ailəsi bunun sadəcə mərasim olduğunu, rəsmi imzanın atılmadığını və 8 yaşlı uşağın ailəsi ilə bərabər yaşayacağını bildirib.
Balaca Sanel isə gələcəkdə öz yaşıdı olan qızla bir daha evlənəcəyini deyib. Oğlanın 46 yaşlı anası isə “Babası Sanelin evlənməsini istəyirdi. Əgər vəsiyyətini yerinə yetirməsəydik ailəmizin başına pis şeylər gələ bilərdi. Atalarımızı əsəbləşdirmək olmaz” deyə toya münasibətini açıqlayıb.
Big.az