Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Adil Qəribov “Elmdə ad” fəxri mükafatına və tituluna layiq görülmüşdür.
Bu il aprelin 11-də Böyük Britaniya Krallığının Direktorlar İnstitutunda keçiriləcək Beynəlxalq Sokrat mərasimində “ACHIEVEMENTS-2013”-ün təqdim edəcəyi “Elmdə ad” beynəlxalq mükafatı 2012-ci ildə peşəkar fəaliyyətdə əldə etdiyi nailiyyətlərə görə müxtəlif ölkələrdən olan görkəmli elm xadimləri və təşkilatlarını bir araya gətirəcəkdir.
Tədbirdə Adil Qəribova “Sokrat” adına nominasiya komitəsinin “Elmdə ad” fəxri mükafatı və titulu təqdim olunacaq və onun adı görkəmli alimlərin ümumdünya reyestrinə daxil ediləcəkdir.
Təltifdə, həmçinin A.Qəribovun rəhbərlik etdiyi kollektivin professional, elmi-tədqiqat və mədəni-maarifçilik fəaliyyətinin “Avropa keyfiyyəti” beynəlxalq mükafatına layiq görüldüyü vurğulanır.
AzərTac