Kanada plastik əsginazlara keçməyə başlamışdır
18.11.2011

Bu həftə Kanada hökumətinin təqdim etdiyi 100 dollarlıq əsginaz ölkədə belə materialdan hazırlanmış ilk pul vasitəsi olacaqdır. İki ildən sonra kağızı tamamilə plastik kütlə əvəz edəcəkdir.
Nazik polimer plastik təbəqədən ibarət ödəniş vasitələri orta əsrlərdən bəri mövcud olmuş kağız əsginazlardan sərfəliliyi ilə fərqlənir. Onları saxtalaşdırmaq son dərəcə çətindir. Plastik pulların ömrü kağız pullarınkından bir neçə dəfə uzundur. Nəhayət, onları yenidən emal etmək mümkündür.