Fransada qar kabusu
12.3.2013

Fransaya qış təzədən qayıdıb.

Martın 10-dan ara vermədən yağan qar və hökm sürən şaxtalı hava ölkənin 12 departamentində ciddi problemlər yaradıb.

Orn, Manş, Kalvados, Pa-de-Kale, Kot d’Armor departmaentlərində yağan qarın qalınlığı 15-20, bəzi departamentlərdə isə 25 santimetrə çatıb. Departamentlərin əksəriyyətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Lil şəhəri yaxınlığında buz bağalamış yolda yardıma tələsən yanğınsöndürən avtomaşının qəzaya uğraması nəticəsində 12 yanğınsöndürən yaralanıb.

Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Bas-Normandi regionunda 68 min mənzil elektrik enerjisindən məhrum olub.

Parisin ən böyük beynəlxalq hava limanlarından olan Şarl de Qollda uçuşların 25 faizi, Orlidə isə 20 faizi ləğv edilib. Bir çox istiqamətdə uçan təyyarələrin uçuş vaxtı 4-5 saat təxirə salınıb.

Fransız sinoptikləri pis hava şəraitinin bir neçə gün davam edəcəyi barədə əhalini xəbərdar edib

Gün.Az