2000-ci illərdə dəbdə olan gödəkçələr yenidən dəbə minim. Geyim mağazalarında rast gəldiyiniz bomber gödəkçələr mövsümün trend geyimləri sırasına daxildir.
Bomber gödəkçələr yeni dizaynı və forması ilə yenidən trendə çevrilə bilib. Geyiminizi idman üslubu ilə tamamlamaq istəyirsinizsə, bomber tərzində gödəkçə alın. Bu gödəkçələrin tarixi olduqca qədimdir. Bomber gödəkçələr 1950-ci illərdə Amerikada istehsal edilib. Gündəlik istifadə üçün olduqca rahat geyimdir. 50 və 60-cı illərdə tanınmış insanların da tez-tez müraciət etdiyi və sevdiyi geyim əşyalarına daxil idi.
Klassik geyimlə də konbinə edib geyinmək olar. Bu geyimə ayrı bir yaraşıq qatacaq. Yaxalığı məktəb tərzində köynəklərlə də geyinib gözəl tərz yaratmaq olar.
Qısa ətəklə dəri bomber gödəkçə də olduqca idddialı görüntüdü. İdman üslubunda gödəkçənin altında uzun boyunbağı ilə geyiminizi tamalaya bilərsiniz.
Publika.Az