Qoç - Enselad və Titanın münasibətləri səmimi, aktiv gün vəd edir. İşlərinizin axarını günün ilk yarısında müəyyənləşdirin və nəyi nə zaman görəcəyinizə qərar verin.
İşlə bağlı tərəfdaşların sayını artırmaq, dostlar və hətta qonşularla yeni işbirliyi qurmaq olar.
Alınan məlumat, gələn informasiya qəfil situsiya yaradaraq tanış və mühüm predmetlə bağlı biliklərinizi artıra bilər.
Şəxsi münasibətlər üçün uğurlu gündür. Lakin unutmayın ki, baş verənlər ilk baxışdan göründyündən fərqli əhəmiyyət daşıyacaq. Ehtiyatsızlıq edərək kiməsə boş ümid verməyin.
Buğa - Fobos və Pasifenin münasibətləri çoxsaylı planlarla layihələr vəd edir. İşlər çox olduğundan nəfəs dərmək belə, çətin ola bilər. Bu səbəbdən də yalnız cari, mühüm işləri yerinə yetirməyə çalışaraq xırda, ikinci dərəcəli işləri təxirə salın.
Təfərrüatlarla detalları sonraya saxlamaq olar. İşlərə görüşləri və kiminləsə danışıqlar aparmaq məcburiyyəti də mane ola bilər.
Gələn məlumatlarla diqqətlə tanış olun. Yeni təmayüllərin yaranması, gələcək dəyişikliklərin və yeniliklərin təməllərinin formalaşması istisna deyil.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Əkizlər - Lisiteya və Deymosu münasibətləri bu gün bol ünsiyyət vəd edir. Bir işdən başqasına keçin ki, yarımçıq heç nə qalmasın. Yaradıcı potensialınız və iş qabiliyyətiniz indi çox yüksək səviyyədə olduğundan mühüm işi başa vurun.
Səfər, gəzinti, işlərin planlaşdırılması və məlumat arayışı üçün əlverişli gündür.
Dost, uzaq qohum və ya tanışlardan həyatındakı olay sizə çox mühüm hadisə təsiri bağışlaya bilər.
Şəxsi münasibətlərdə romantika kasadlığı yaşansa da, ümumi planları müzakirə etmək imkanları var.
Axşam saatlarında əylənin.
Xərçəng - Hiperion və Arielin münasibətləri hisslərlə xəbərlərin sürətlə yenilənəcəyi gün vəd edir. Hadisələrin axarı sizi sevindirəcək. Maddi məsələlərdə yaxşı perspektivlərin yarandığına dəlalət edən nişanələrlə qarşlaşacaqsınız.
Ailədə mühüm məsələlərin müzakirəsi olacaq. Yeni imkanlar və planlar ucbatından hadisələrin adi, ənənəvi məcrası dəyişir. Yaxınlarınız və qohumlarınıza üz tutaraq xahişlərlə gördürmək istədikləri işlərin sayını azaltmalarını istəyin.
Evdəki işlər təcili müdaxilə tələb edir.
Axınla üzmək, ətalətdə qalmaq istəyi olsa da, hisslərinizi cilovlayın.
Passivlik istəyi yaransa da, konkret iş məsələsini ən qısa müdətdə həll edin.
Təbii ki, imkan olarsa...
Şir - Haron və Tritonun münasibətləri aktiv həyat tərzi tələb edir. İşi etibarlı insanlarla görün. Yalan qurbanı olmayın, sadəlövhlük etməyin.
İş yoldaşları və ya tərəfdaşlarla yeni planları, gələcəklə bağlı ümumi ideyanı müzakirə edin.
Şəxsi münasibətlərdə yeniliklər və əyləncə istəyi güclü ola bilər.
İmkan varsa, vitaminli qidalar qəbul edin. İdmanla məşğul olun, açıq havada gəzişin.
Yarımçıq qalan bəzi işlər sizi narahat etsə, istirahəti dərhal təxirə salın və o işi mütləq şəkildə başa vurun.
Qız - Makemake və Eridanın münasibətləri rahat, sakit gün vəd edir. Yeni, xoş təəssüratlar olacaq.
İş və ya layihənizi reallaşdırmaq üçün tərəfdaş, şərik tapa biləcəyiniz məkanda olun.
Şəxsi münasibətlərdə romantik anlar yaşana bilər.
Gün ərzində yüksək iş qabiliyyətinizi qorusanız, çox işlər görə bilrsiniz. Gələcəkdə yeniliklər etmək üçün gərəkli məkanı indidən təmizləyin.
Səhhətinizə fikir verin.
Axşam saatlarında qayğılar və işlər olsa da, dincəlməyə çalşın.
Tərəzi - Pluton və Haumeanın münasibətləri hadisələrin tələsdirilməməsini istəyir. Süni təkanlara əl atmayın.
Həyatınızda spontan yaranan imkanlardan bəhrələnin. Ünsiyyət üçün yalnız yaxşı vaxt keçirə biləcəyiniz, həm də işiniz və ya maraqlarınızı təmin edə biləcəyiniz məclisdə vaxt keçirməyə çalışın.
Yardım istəyənləri dinləyin. Kömək edin, məsləhət verin, qulaq asın. Yaxın ətrafınızdakı insanların indi sizin səbr və qayğınıza ehtiyacları var.
Səhhətiniz və xarici görünüşünüzün yaxşılaşması üçün nə edə biləcəyinizi düşünün.
Axam saatlarını bütünlüklə istirahətə həsr edin.
Əqrəb - Serera və Neptunun münasibətləri dərin hisslərlə güclü emosiyalara olan tələbatınızın təmin olunacağı gün vəd edir. Münasibətlərdə bəzi təfərrüatlar yaranacaq ki, onlar sizə yeni davranış modelini formalaşdırmağa imkan verəcək.
Kimisə öz mövqeyinizi qəbul etməyə yönəltməyin lazım gəldiyi şəraitdə yaradıcı xüsusiyyətləriniz aşkarlanacaq.
Səmimi, gülərüz olun. Ailə və şəxsi həyatla bağlı mühüm qərarlar günüdür. Görüşdən imtina etməyin, aktiv yazışın. Alınan məlumat sayəsində yeni orientirlər seçə bilərsiniz.
Oxatan - Yer və Yupiterin münasibətləri maraqların təmin olunmasını təmin edir.
Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı təmaslar yaşamınıza yeni təəssüratlar və hisslər qatacaq. Alış-veriş etmək olar. Bugünkü seçiminiz xeyri orijinaldır.
Maraqlandığınızı məsələ ilə bağlı tərəfdaş və ya şəriklə danışın, müzakirələr aparın. Konkret məsələ ilə bağlı razılaşma əldə etmək olar.
Günün ikinci yarısında ideya və ya məlumat sizi aktivlik izharına vadar edə bilər.
Oğlaq - Merkuri və Veneranın münasibətləri yaxşı gün vəd edir. Qıvraq, çevik, aktiv, nikbin olun. Yazışma, danışıqlar üçün əlverişli gündür. Yeni tanışlıqlara nail olmaq, gərəkli məlumatı aramaq gərəkdir.
İndi yeni ideya və planların yarandığı günlərdən biridir. Hərəkət, fiziki iş məsləhətdir.
Çox yaxşı anlaşdığınız, bir-birinizi başa düşdüyünüz, gələcəklə bağlı ümumi planlarınızın olduğu insanla ünsiyyətdən razı qalacaqsınız.
Axşam saatlarında bir qədər nəfəs dərin, istədiyiniz təki dincəlin.
Dolça - Mars və Uranın münasibətləri məhdudiyyətsiz gün vəd edir. Lakin yalnız bir məsələ ilə məşğul olun.
O, əsaslı, bitkin və perspektivli olmalıdır. Orqanizmin enerji tonusunun bərpasına fikir verin.
Yeni təəssüratlar, şəraitin dəyişməsinə, yeniliyə ehtiyac duyulur.
Gün ərzində enerjili, aktiv olun. İşdə və şəxsi münasibətlərdə təşəbbüslə çıxış edin.
Ümumi maraqlara əsaslanan tanışlıqlar perspektivli ola bilər.
Balıqlar - İo və Kallisonun münasibətləri sirr vəd edir. Həmin sirri açmaq üçün məlumat aramalı, əlaqələrdən yararlanmalı, sorğu-sual etməlisiniz.
Kiminsə unikallığı təxəyyülünüzü məşğul edir, amma mümkün münasibətlərin məna və perspektivlərini hələ tam anlamayıbsınız.
Yaxın günlərdə situasiya qəflətən dəyişə bilər. Maraq obyektivinizin fərqli olacağı istisna deyil.
İşdə indiyədək mübhəm qalan amillər hadisələrin inkişafında əhəmiyyətli rol oynaycaq.
Hərgah hansısa mövzu ilə maraqlanırsınızsa, intuisiyanıza güvənin.
Səhhətinizə fikir verin. Qüvvəniz artsa da, istirahətə yetərincə vaxt ayırın.
Milli.Az