“Rolls-Royce” dünyanın ən sürətli kupesini təqdim etdi - Foto, Video
13.3.2013

“Rolls-Royce” şirkəti Cenevrədəki avtosalonda markanın tarixində ən güclü avtomobil olan 4 yerli “Wraith” kupesini təqdim edib.

“Rolls-Royce Wraith” “Ghost” sedanının platformasında hazırlanıb.

İstehsalçının təmsilçiləri əmin edirlər ki, bu kupenin sərnişinləri özlərini modelin “Sedan” variantının sərnişinlərindən az rahat hiss etməyəcəklər.

Avtomobilə 8 pilləli avtomatik ZF transmissiyası ilə təchiz olunmuş V12 mühərriki yerləşdirilib. 624 at gücü olan mühərriklə təchiz olunmuş bu avtomobil saatda 100 km sürətini 4,4 saniyəyə yığır.

Avropada “Rolls-Royce Wraith” avtomobilinin qiyməti 245 min avrodan başlayır.
Video 1
Video 2
Video 3
Video 4
Video 5

Gün.Az