Rembrandtın qeybə çəkilmiş əsəri Serbiyadan tapıldı
13.3.2013

Serbiya polisi Rembrandtın 2006-cı ildə Novi-Sad şəhərinin muzeyindən oğurlanmış "Ata portreti" əsərini tapıb.

Bu barədə polis rəsmisi Milorad Velçoviç bildirib.

Əsər Belqraddan 70 km qərbdə yerləşən Sremsk-Mitroviç şəhərində aşkar edilib. Oğurluqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Əsərin orijinal olduğu da artıq ekspertlər tərəfindən təsdiqlənib.

Rembrandt bu əsəri 1630-cu ildə çəkib. Ekspertlər bu əsərin qiymətinin 3,7 milyon dollar olduğunu deyirlər.

Big.az