290 milyonluq boşanma tələbi
13.3.2013

Hollivudun iki ulduzu - Demi Mur və Eşton Katçer arasında hələ də boşanma prosesi davam edir.

Belə ki, məşhur cütlük iki il əvvəl ayrılıblar. Lakin Demi Mur boşanma ərizəsində Eşton Katçerdən 290 milyon tələb edir. Katçerin var-dövləti isə 137 milyon dollardır. Bu onların boşanmasına mane olur. Demi Mur bildirib ki, keçmiş əri onun sayəsində məşhurlaşdığı üçün pulu ona verməlidir. Lakin 35 yaşlı Eşton deyir ki, baxmayaraq ki həqiqətən də arvadının sayəsində məşhurlaşıb, bunun üçün ona pul ödəməli deyil.

Hazırda boşanma prosesi davam edir. Eşton Katçer bildirib ki, boşanan kimi görüşdüyü aktrisa Mila Kunislə evlənəcək.

Big.az