Günün qoroskopu
14.3.2013

Qoç - qarışıq, mürəkkəb gündür. Ön planda olmağa çalışmayın. Arxa planda durun, günün hadisələrindən, habelə əldə etdiyiniz nəticələrdən çox adamın xəbərdar olması maraqlarınıza ziddir. İdeyalarınızı da açıqlamayın.

Əks təqdirdə onları sizə qarşı kimsə reallaşdıra bilər.
Maliyyə işlərinizdə qayda yaradın.
Sənədləşdirmələr və hüquqi məsələlərin həlli üçün uğurlu gündür.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərin pisləşməməsi üçün danışmaqdan daha çox dinləyin. Diqqətli olun, faydalı məlumatı qaçırmayın. Şəxsi münasibətlərdəki problemi həll edin.

Buğa - əhvalınız dəyişkən olacaq. Xırda məsələlər və detallara görə qayğılanmayın. Eyni zamanda, heç bir səbəb olmadan eyforiyaya qapılmayın.

Müsbət təmayüllərin təsiri güclü olacaq və bu səbəbdən də günün ikinci yarısından etibarən proseslər sizə sərfəli məcrada cərəyan edəcək.

Maraqlı görüş, tədbirə dəvət istisna deyil. Bütün bunlar əhvalınızı yaxşılaşdıracaq.
Həddən artıq ciddi işləri bu günə planlaşdırmayın.

Əkizlər - asan gün deyil. Mühüm məlumat və çox dəyərli təcrübə əldə edə bilərsiniz. Vaxtınızı ikinci dərəcəli işlərə sərf edərək də keçirə bilərsiniz.

Çox yəqin ki, belə vaxt "qətli" xoşunuza gəlsin. Lakin belədə əvvəllər başladığınız işləri başa çatdırmaq, planlarınızı reallaşdırmaq şanslarını itirəcəksiniz.

Ekstravaqantlıq etməyin, qeyri-adi saydığınız əşyalara və ənənəvi olmayan əyləncələrə pul xərcləməyin.

Şəxsi münasibətlərdə soyuqqanlı və ayıq olun. Rəğbətə əsla layiq olmayan insanları özünüzə çox yaxın etməyin. Tədbirlərdə çıxış etməyə can atmayın. Daha çox dinləyin, müşahidə edin.

Xərçəng - asan və sadə gün deyil. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə çətinliklərin yaranmaması üçün ifrat dərəcədə tələbkar, dəyərləndirmələrinizdə sərt olmayın.

Ehtiyac duyulmayan vaxtda və yerdə fikrinizi söyləməyin, mövqeyinizi tam açıq bildirməyin. Bütün bunlar münaqişələrə səbəb ola bilər. Yaxşı tanıdığınız, bələd olduğunuz insanlarla təmaslarla kifayətlənin. Yad təsir altına düşməyin.

Maliyyə problemlərini tələsik həll etməyə çalışmaq, bədxərclik etmək arzuolunmazdır. Bu gün əsla kredit və ya borc götürməyin. Nüfuzunuzu qoruyun.

Bədxahlarınızın yaydıqları şayiələr və dedi-qodular imicinizə ağır zərbə vura bilər.

Şir - bu günü fayda ilə keçirməyə çalışın. Adi günlərlə müqayisədə bu gün tənbəl, süst, ətalətli olmayın. Astagəl davranışlarınız əhvalınızı korlayar, sizi hövsələsiz və qıcıqlı edə bilər.

Pullarla maksimal dərəcədə qənaətli davranın, lazımsız əşyalar almayın. Riskli anlaşmalarla razılaşmayın, vədlər verməyin. Məxaric əvəzinə mədaxili düşünün.

Günün ikinci yarısı sizi sevindirəcək. Xoş sürprizlər, uzun müddətdən bəri gözlənilən xəbərin alınması və ya görüş istisna deyil.
Qonaq qəbul etmək üçün əlverişli gündür.

Qız - sirlərinizi faş etməyin, mübhəm saxlanmalı olan məqamları aşkarlamayın. Bundan bədxahlarınız və rəqibləriniz yararlana bilərlər.

Kiçik, önəmsiz məsələlərə görə hirsli, qıcıqlı olmayın. Sizə çox xoş münasibət bəsləyən və uğurlarınızı arzulayan insanlarla sərt davranmayın.
Həyata baxışlarınızı anlamayan yaşlı qohumlarınızla fikir ayrılıqları və anlaşılmazlıqlar ola bilər.

Axşam saatları maraqlı əyləncə, macəra zamanıdır. Yaxşı istirahət edin və axşam saatları üçün nəzərdə tutduğunuz işlərin bəzilərini sabaha saxlayın.

Tərəzi - bəzi problemlər ola bilər. Buna rəğmən, uğurlu gündür. Müsbət təmayüllərin təsiri zəif olmadığından pərişanlıq və ruh düşkünlüyü çox çəkməyəcək.

Günün ikinci yarısında sevinəcəksiniz. Əvvəllər öhdəsindən gələ bilmədiyiniz və ya yarımçıq qalan işləri bu gün başa vurun.

Yaxınlarınızla ünsiyyət üçün uğurlu gündür. Sevdiyiniz adama çoxdan bəri demək istədiyiniz, amma deyə bilmədiyiniz kəlmələri söyləyin. Sözləriniz anlayışla qarşılanacaq.

Əks cinsin mənsubu ilə təmaslar üçün əlverişli gündür.

Əqrəb - yüksək intellektual aktivlik günüdür. Parlaq ideyalar, orijinal yaradıcı tapıntılar istisna deyil. Başladığınız işlərin hamısını tam bitirin, lazımi nəticəyə nail olmağa çalışın.

Tədris, təhsil, imtahanlara hazırlaşmaq üçün əlverişli gündür. Nüfuzlu insanla görüş uğurla başa çatacaq və ondan dəstək alacaqsınız.

Əfsuslar olsun ki, emosional fon stabil deyil. Müsbət təmayüllərin güclü təsirinə rəğmən, qüssələnə, hətta qəmlənə bilərsiniz. Sizi çox ağır duruma sala biləcək çətinliklə üzləşməmək üçün davranış və hərəkətlərinizdə rəvan olun.

Problemlər yaransa da, onlar qısamüddətlidir. Çətinliklərin öhdəsindən gələcəksiniz.

Oxatan - gün maraqlı olacağını vəd edir. Həyat tonusunuz yüksəkdir və bir dəqiqə rahatlıq, sakitlik, fasilə bilmirsiniz. İşlərinizi maraqlı qurun və belədə müttəfiq, tərəfdaş və ya şərik asanlıqla tapacaqsınız.

Bu gün başlayacaq romantik münasibətlərin çətin ki, ciddi davamı olsun. Amma bu münasibətlər sizə xoş anlar yaşada bilər.

Dostlarla görüş və ya ailədə tədbir yaxşı keçəcək. Darıxmayın, başqalarını da darıxmağa qoymayın.

Uşaqlarla ünsiyyət üçün əlverişli gündür. Onlarla səmimi olsanız, istirahət edəcəksiniz.

Oğlaq - gün çoxsaylı yeniliklər və gözlənilməzliklər vəd edir. Yeniliklərin əksəriyyəti xoşdur. Amma bir qədər çaş-baş qaldığınızdan bunu tezliklə anlamırsınız.

Maraqlı görüş, sizdə rəğbət doğura biləcək insanlar tanışlıq mümkündür. Həmin insanlardan biri dostunuza çevrilə bilər.
İşlə bağlı hissiyatınız güclüdür və mənfəət, gəlir vəd edən layihə, sifariş, işi duyursunuz.

İmkan varsa, alış-veriş uğurlu ola bilər. Günü yalnız ifrat küsəyənlik poza bilər. Yaxın ətrafınızdakı insanların uğurlu olmasa da, zarafatyana qeydlərinə sərt reaksiya verməyin.

İllah da ki, ünvanınıza söylənən tənqidlər ilk baxışdan göründüyü təki, sərt deyil.

Dolça - İşdə və ya ailədə dəyişikliklər ola bilər. Yeniliklər gözləntilərinizdən də ciddidir. Fəqət yeni situasiyada çaşıb qalmayın, necə və niyə fəaliyyət göstərmək gərəkdiyini tez anlayacaqsınız.

Səmimi olun, fikirlərinizin hamısını olmasa da, bir qismini dilə gətirin.
Qəfil hədiyyə ala bilərsiniz. Köhnə dostlar özlərini xatırladacaqlar. Onlarla birlikdə vaxtınızı xoş keçirə bilərsiniz.

Axşam saatları səs-küylü tədbirə qatılmayın, sakit istirahəti seçin.
Görməyə sevinəcəyiniz insanları qonaq çağıra bilərsiniz.

Balıqlar - Günün ilk yarısı əhvalınız o qədər də yaxşı olmayacaq. Baş verənlər sizi qıcıqlandıracaq. Yaxın ətrafınızdakı insanları sinirləndirəməmək üçün təmkinli, soyuqqanlı olun.

Əks təqdirdə dəyər verdiyiniz insanlar sizə dözmək üçün möcüzəli səbr nümayiş etdirməli olacaqlar. Nə qədər qəribə də olsa, həmin insanlar səbrli davranacaqlar və bunun sayəsində münaqişələr baş verməyəcək.

Günün ortalarında bir neçə kiçik, amma xoş hadisə baş verəcək. Pozitiv təmayüllərin təsiri güclənəcək. Axşam saatlarına qədər olan vaxt xoş təsir bağışlayacaq.

Axşam isə dostlarla görüş, istirahət və ya romantik ünsiyyət üçün əlverişli vaxtdır.

Milli.Az