"Kapital Bank" öz ənənələrinə sadiq qalaraq Novruz bayramı münasibətilə müştərilərinə bayram sürprizi hazırlayıb.
Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, 11 mart 2013-cü ildən 20 mart 2013-cü ilə qədər bank bəzi ödəniş kartlarının qiymətində 50 faiz endirim edib. Kampaniya dövründə bütün müştərilər Visa Classik/Gold/Platinum, həmçinin MasterCard Standard/Gold/Platinum ödəniş kartlarını 50 faiz endirimlə ala biləcəklər.
Kampaniya haqqında 196 nömrəli müştəri xidmətindən ətraflı məlumat almaq olar.
trend.az