Şahdağ Qış-Yay Turizm Kompleksinə iki ay ərzində 50 mindən çox turist gəlmişdir
14.3.2013

Azərbaycan Respublikasında hazırda turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 221 turizm şirkəti fəaliyyət göstərir.
Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Heydər Əliyev 90: İqtisadi modernləşdirmə” mövzusunda konfransdakı çıxışında bildirmişdir.
Ölkəmizdə qış turizminin inkişafı məqsədi ilə Qusar rayonunda yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksinin fəaliyyətə başladığını diqqətə çatdıran nazir müavini bildirmişdir ki, 2 ay ərzində bu kompleksdə 50 mindən çox turist istirahət etmişdir.

AzərTAc