Bu adam dünyanı piyada gəzir
14.3.2013

Almaniyada bir il əvvəl dünyanı piyada gəzməyə başlayan Stefan Muriş Türkiyənin Soma vilayətinə çatıb.

Muriş heç bir maşından istifadə etmədən piyada səyahət edir.

Somada jurnalistlərin suallarına cavab verən Muriş deyib:

“3 min 270 kilometr getmişəm. Təxminən 1 ildir ki, yollardayam. Hoteldə qalmıram, insanlardan kömək istəyirəm, onlar da kömək edirlər. Xüsusilə türklər çox qonaqsevər, mehriban insanlardırlar. Onlara təşəkkür edirəm”.

Məqsədinin Tibetə getmək olduğunu deyən Muriş qışı Türkiyədə keçirəcək.

publika.az