Bu gün Şaxta Babanın ad günüdür
18.11.2011

Noyabrın 18-i Rusiyada Şaxta Babanın doğum günü kimi qeyd olunur. Yeni İl bayramının rəmzlərindən olan "ağsaqqal"ın dəqiq yaşı bilinmir. Amma onun yaşının 2000 ildən artıq olduğu dəqiqdir.
Şaxta Babanın təvəllüdünü uşaqların özləri uydurublar. Çünki onun vətəni sayılan Velikiy Ustyuq şəhərində əsl qış məhz noyabrın 18-də başlayır, şaxtalar düşür.
Maraqlıdır ki, 1999-cu ildə bu şəhər rəsmən Şaxta Babanın vətəni elan edilib. Həmin gün Velikiy Ustyuqda xüsusi qeyd olunur. Orada Şaxta Babaya təbrik məktublarının atılması üçün poçt qutusu da açılır. Uşaqlarla yanaşı, turistlər də bu imkandan məmnuniyyətlə yararlanırlar.