Günün qoroskopu
15.3.2013

Qoç - Oberon və Tefeyanın münasibətləri yaxşı bələd olduğunuzu düşündüyünüz insanların yeni məcazlarını aşkarlayacaq. Dəyərləndirmə, reaksiya və tələblərlə tələsməyin.

Dəyişən məqamlarda yenilikləri anlayaraq dəyərləndirə bilərsiniz. Hadisələrin ritm və mənasının dəyişməsindən yararlanaraq faydalanmağa çalışın. Əgər nə isə hazır deyilsə və bu məsələni çözmək mümkün deyilsə, başqa işlə məşğul olmağa başlayın.

Görüşlər və danışıqlar, yazışma və ya informasiyanın alınması bir qədər sonra şüurunuzu zəbt edəcək ideyanın kölgəsində qala bilər. Mühüm saydığınız məqamın önəmi azalacaq.

Buğa - Leda və Umbrielin münasibətləri istəklərinizlə niyyətlərinizdə qarışıqlıq yarala bilər. Təkmilləşdirilməyə ehtiyac duyulan məqama diqqət yetirin, yarımçıq qalan işi başa vurun, detallara fikir verin. Münasibətlərdə nüanslar və incəlik xüsusi əhəmiyyət kəsb edir.

Tələsməyin. Situasiya uğurla inkişaf edir. Səbrli olun, yaşananları müşahidə edin. Görülən işlərin kəmiyyətini keyfiyyətə döndərmək vaxtı çatıb.

Situasiya sizə əlverişli istiqamətdə inkişaf edir. Nüfuzlu insanlarla əlaqələrinizlə münasibətləri yenidən nəzərdən keçirin, bəzi təmasları genişləndirin.

Nəyə diqqət yetirməyin gərəkdiyini bildirəcək əlamətlərə və nişanələrə laqeyd olmayın.

Əkizlər - Ariel və Tritonun münasibətləri gümanlarla, təxmin və ehtimallarda dəyişikliklər vəd edir. Həyəcan yaradan xəbərin alınması, diqqət mərkəzinin dəyişməsi isitsina deyil.

Nəyisə kökündən dəyişməyə, genişmiqyaslı işə başlamağa, sizin üçün iri məbləğli pulu xərcləməyə və ya borc götürməyə tələsməyin. Belə situasiyalarda yaxınlarınız, etibar etdiyiniz insanlarla məsləhətləşin, onların fikrini öyrənin.

İdeyalar, unikal həllər, problemlərin yaradıcı dəf edilməsi baxımından əlverişli gündür. İfrata varsanız, ciddi problemlərlə qarşılaşa bilərsiniz.

Hadisələrin təbii məcrasında axışına mane olmayın və uğurlu nəticə alacaqsınız. Dostlarla görüş üçün yaxşı, macəralar və risk üçün pis gündür.

Xərçəng - Makemake və Haumeanın münasibətləri məşğuliyyətinizdən asılı olaraq bu gün sizə maneələr yaratmaqla yanaşı, uğur da bəxş edə bilər.

Ağır, monoton iş planlaşdırmayın. Sürpriz və tapıntı vəd edən iş daha uğurlu ola bilər. Tənha qalmaq istəmirsinizsə, işinimzi elə qurun ki, daim maraqlı insanların arasında olasınız.

Nəyisə öyrənin, harasa doğru hərəkət edin, yeni planlar düşünün. Çoxsaylı daxili və zahiri məhdudiyyətlərin bəzilərindən qurtulun, son vaxtlar aktivliyinizin qarşısını alan sədləri yıxın.

Axşam saatlarındakı fəaliyyəti siz müəyyənləşdirməsəniz də, həssas olun. Sizə maraqlı və ya sərfəli məqamlardan yararlanmağa çalışın.

Şir - Mekuri və Titanın münasibətləri cari fəaliyyətinizə başqa baxış bucağından nəzər salmağınızı istəyir. İdeyaları şərik və ya tərəfdaşlarla müzakirə etmək olar, amma tələsik qərarlar qəbul etməyin.

Mühüm işləri və təxirəsalınmaz olayları günün ilk yarısına planlaşdırın. Günün ikinci yarısında planlaşdırılan işlərin bəziləri baş tutmaya bilər.

Əvvəlki fəaliyyətdə yaranmış səhvlərlə hesablardakı yanlışlıqlar indi üzə çıxacaq. Onların öhdəsindən tez gəlməyə çalışın.

Sınıq, nasazlıq, travma, maliyyə itkilərinin baş verməməsi üçün diqqətsiz davranmayın.
Səhhətinizə fikir verin. Vaxtında qidalanın, arada istirahət edin. Hətta pozitiv stresslər və xəbərlər belə, sizi narahat edə bilər.

Qız - Himaliya və Avropanın münasibətləri sizdən qətiyyətli, sürətli, inadlı davranış tələb edir. Qəfil işlər çox olsa da, günün mövzusu xəbərlər, əlaqələr və təmaslardır.

Təsadüf həyatınızda mühüm rol oynaya bilər. Bununla yanaşı, planlaşdırılmamış maneələr də istisna deyil. Bu gün hər şeyi ehtiyatla planlaşdırmaq gərəkdir. İş yerinizdə, evinizdə gərəksiz, praktiki olmayan əşyalardan qurtulun.

İndi sizə məkan, genişlik hissi, yeni planların qurulması gərəkdir. Ünsiyyət və əyləncədə özünüzü məhdudlaşdırmayın.
Axşam saatlarını dostlarla keçirmək olar.

Romantik münasibətlərdə tələsməyin, hadisələrin öz məcrasında inkişafna imkan verin.

Tərəzi - Amalteya və Qanimedin münasibətləri yaradıcılıq imkanlarınıza yeni təkan verəcək. Sanki nəyinsə artıq dəyişdiyini hiss edəcəksiniz.

İş əsnasında yeni ideyalar yaranacaq, əvvəlki effektivlik bərpa olunacaq. Həyat sizi bu gün bir neçə variant arasında seçim etməyə, prioritetləri müəyyənləşdirməyə vadar edə bilər.

Seçim məntiqi olmaya da bilər. Fikri əsas işə yönəldin və enerjinizi boş söhbətlərə xərcləməyin. Şərtlərlə yaxın ətrafınızdakı insanların sizi fərqli yönlərə dartması hissini yaşaya bilərsiniz. Fəqət maraqlı xəbərlər və ideyalar bu narahatlığı kompensasiya edəcək.

Şəxsi münasibətlərdə inkişaf mümkündür. Kiçik, gözə görünməyən nüanslar böyük effekt verə bilər.

Əqrəb - Ay və Deymosun münasibətləri qapalı saxladığınız məqamları faş edəcək. Yaşam arealınıza qonaqların gəlişinə hazır olun. Təmizlik və gözəllik tələbatı rekonstruksiyanın, yaxud da belə tədbirlə hazırlığın əsasını qoya bilər.

Fəaliyyət sahənizi təftiş edin, yaranmış problemlərin həllinə kimləri cəlb etməyin gərəkdiyini düşünün. Mübahisə, münaqişə, qəfil çətinlik və mürəkkəbləşmənin əsasını qoya biləcək olaylardan kənar durun. İşdə də cari məsələlərə hansısa yenilik etməyə dəyər.

Qayda-qanuna riayət edin. Bütün bunlar yaşananlarda özünüzü itirməməyə kömək edər.

Oxatan - Mars və Plutonun münasibətləri sizdən cari məsələlərin həllində ənənəvi, adət etdiyiniz iş rejimini tələb edir. Çoxdan gözlədiyiniz insan yaxın ətrafınızda peyda ola bilər. Gün şəxsi münasibətlərdə ən müxtəlif səviyyələrdə yeniliklər vəd edir.

Cari məsələləri dərhal həll edə, ruh yüksəkliyi hiss edə bilərsiniz. Əsas odur ki, işləri qarışdırmayın, növbə ilə görün, heç nəyi təxirə salmayın. Nəzərdə tutulmamış yeniliklər, xəbərlər ola bilər.

Reaksiyanızı nəzarətdə saxlayın, kimsənin xətrinə dəyməyin. Həddən ziyadə təşəbbüskarlıq və inad mənfi nəticə verə bilər. Ən yaxşı nəticəni səy göstərmədən əldə edəcəksiniz.

Yaxınlarınız və sevdiyiniz insan üçün faydalı nə isə etməyə çalışın. İş və problemlərinizi onların üstünə atmayın.

Oğlaq - Saturn və Uranın münasibətləri yaxın insanla aranızdakı məqamlarda bir sıra məsələlərin üzərindən sükutla keçilməsini istəyir. Belə məqamları sakit qarşılayın.

İfrat tələbkar və hər şeyin məğzinə varmağa çalışan insan olmasanız, xeyli sayda maraqlı məqamları öyrənə bilərsiniz.
İşdə həmkarlarınızla ünsiyyətdə anlaşılmazlıq yarana bilər.

Şərik və ya tərəfdaş "oyundan çıxmaq" fikrinə düşə bilər.
İşgüzar həyatda və şəxsi münasibətlərdə yaranan boşluğu doldurmağa tələsməyin. Sabahdan etibarən işlərdə dəqiqlik yaranacaq. Qəti qərarları sabaha qədər təxirə salın.

Macəralar aramayın, çünki riskli durumlara düşə bilərsiniz. Yaşamınıza yeni məna, köhnə əşyalarla hisslərdə yeni anlam aramağa başlasanız, təmkinli olun, emosional davranmayın.

Dolça - Kallisto və Veneranın münasibətləri günlə bağlı planlarınıza zəruri dəyişikliklərin edilməsini tələb edir. Günün energetikası çox yüksək səviyyədədir.

Çoxlu faydalı işlər görərək maraqlı məqamları nəzərdən qaçırmaya bilərsiniz. Dostlarla planlaşdırılmamış görüş, evə qonaq gəlməsi mümkündür. İdeyalar, unikal həllər, problemlərin yaradıcı həlli baxımından gün əlverişli və məhsuldar ola bilər.

İşgüzar və şəxsi maraqların toqquşduğu münasibətlərdə çətinliklər yarana bilər.
Münaqişə sizin münasibətlərdəki zəif həlqəni ortaya çıxaracaq. Həmin məqamı dərhal çözün.

Balıqlar - baş verən hadisələr ciddi diqqət və ehtiyat tələb edir. Zəifləyən nə varsa, tam xarab ola bilər. Münasibətlərdə böhran yaranması, gərək olduğu addımın atılmasının mümkünsüzlüyü hissinin yaranması istisna deyil.

Deymos və İonun münasibətləri hadisələrin ritmini dəyişir. Sizə qalan o ritmə uyğunlaşmaqdır. Böyük ümidlər bəslədiyiniz planları daha yaxşı vaxtadək təxirə salın.

Qayıdan, yeni yanaşma, dərinləşmə, genişlənmə tələb edən məsələlərə daha diqqətlə yanaşın. Poçt qutularınızı yoxlayın və yeni ideyalar ala biləcəyiniz insanlarla əlaqələri intensivləşdirin. Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın.

Yeni informasiya axınının təşkili üçün hələ bir neçə gününüz var. Gələcəklə bağlı planlarınızda dəyişikliklər edin, yeni mövzuları müəyyənləşdirin.

Milli.Az