“Eurovision-2013” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin kimliyi bəlli olub. Dünən “Buta Palace”da keçirilən səsvermədə qalib Fərid Məmmədov olub.
Qeyd edək ki, İsmayıl Ömərov, Faiq Sücəddinov, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, Rəşad Haşımov, Zəhra Bədəlbəyli, Mənzər Nurəliyevanın münsif olduğu yarışmada Azərbaycanı təmsil etmək uğurunda 10 iştirakçı yarışıb.
Onu da əlavə edək ki, təmsilçimiz mayın 16-da Malmödə “Biz birik” şüarı ilə keçiriləcək 58-ci “Eurovision” Mahnı Müsabiqəsinin ikinci yarımfinalında ikinci nömrə altında çıxış edəcək.
Video
Video
simsar.az