Azərbaycan prezidenti İlham Əliyev xalq yazıçısı Anarın “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Dövlət başçısının sərəncamında Anar Rəsul oğlu Rzayevin Azərbaycan mədəniyyətinin təbliğində xüsusi xidmətlərinə görə ordenlə təltif edildiyi qeyd olunub.
Qeyd edək ki, bu gün xalq yazıçısı Anarın 75 yaşı tamam olub.
APA