Azərbaycan PEN klubunun vitse-prezidenti, tanınmış yazıçı Natiq Rəsulzadənin kitabları Rusiyanın məşhur “Litres.ru” internet mağazasında satışa çıxarılmışdır.
Yazıçı bildirmişdir ki, rus və ingilis dillərinə tərcümə olunmuş bu kitablar Azərbaycan PEN klubunun dünya elektron kitab mağazaları ilə əməkdaşlığı yolunda ilk addımdır.
Natiq Rəsulzadə demişdir ki, bu mağazalara Litres.ru ilə yanaşı, Amerikanın tanınmış elektron kitab mağazası olan “Bookland” də daxildir.
Yazıçı gələcəkdə PEN klubun azərbaycanlı müəlliflərin əsərlərini öz saytında və dünyanın tanınmış saytlarında satışa çıxaracağını da vurğulamışdır.
AzərTAc