“Ötən il ərzində Azərbaycanda 78 min 480 nikah qeydiyyata alınıb”.
Bunu Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov mətbuat konfransında bildirib. İ. Məmmədov ötən il ərzində bağlanan nikahlardan 11 min 182-nin pozulduğunu da nəzərə çatdırıb. Ötən il ərzində ölkədə 1932 nəfərin xarici vətəndaşla nikah bağladığı bildirilir.
ANS PRESS