Hazırda Türkiyədə yaşayan və TMB kanalında aparıcı kimi fəaliyyət göstərən Azərbaycanın xalq artisti Brilliant Dadaşova martın 23-də İstanbulun istirahət mərkəzlərindən birində konsert verəcək.
Bu barədə Publika.az-a eksklüziv olaraq konserti təşkil edən İstanbul Azərbaycan dərnəyi başqanı Hikmət Elp məlumat verib. Həmin gün Azərbaycan icması üçün Novruz şənliyi təşkil olunacaq.
Hikmət Elp onu da əlavə edib ki, konsertdə məşhur musiqiçi Əlixan Səmədov da Brilliant Dadaşova ilə birgə çıxış edəcək.