20 noyabr "Xətai" miniatür sənət qalereyasında Zakir Hüseynovun fərdi
sərgisi açılacaq. Sərgidə rəsm əsərləri təqdim ediləcək. Z.Hüseynov bir
çox sərgilərin, o cümlədən "Azərbaycan rəsm əsəri" (Fransa), "Azərbaycan
müasir incəsənəti" (Rusiya), "Azərbaycan mədəniyyəti günləri" (BƏƏ),
"Forma-Ritm-Rəng (Azərbaycan) müəllifidir. Z.Hüseynovun əsərləri Azərbaycan, Rusiya, ABŞ,
Böyük Britaniya, Türkiyə, Fransa, Kanada, Hollandiya və Avstraliyada
fərdi kolleksiyalarda saxlanılır.