16 mərtəbəli bina bir anda toz oldu - Video
15.3.2013

Şotlandiyanın Qlazqo şəhərində 16 mərtəbəli bir binanın sökülməsi anbaan lentə alınıb. Binanın partladılması üçün 28 kiloqram partlayıcı maddədən istifadə edilib.

1960-cı ildə inşa edilmiş bina 2007-ci ildə Şotlandiyada qəbul olunmuş və bütün hündür binaların sökülməsini nəzərdə tutan qanun çərçivəsində sökülüb.

Bina uçulmazdan əvvəl orada yaşayan 300-dən çox sakin təxliyə olunub.

Video


Big.az